50
65
illiyi
Mirzəyev Fərhad Əhməd-Əli oğlu
(Hacı Fərhad Mirzə) 1950-ci
il fev-
ral ayının 11-də Bakı şəhərində ana-
dan olmuşdur. Sabunçu rayonunda 155
saylı məktəbdə orta təhsil almış, Bakı
şəhəri Politexnik texnikumunun inşaat
fakültəsini bitirmişdir.
1974-1989-cu illərdə Sabunçu Rayon
Dövlət Xalq Nəzarəti Komitəsində şöbə
müdiri vəzifəsində, 1989-1995-ci
illərdə
Kooperativ Birliyi sahəsində çalışmış-
dır.
1995-ci ildən indiyədək təsis etdiyi
“Azərbiznes” Şirkətinin prezidentidir.
Ədəbi-fəlsəfi əsərlərinə görə AMEA-
nın Fəlsəfə və Hüquq İnstitutunun
Elmi Şurasının qərarı ilə dinşünaslıq
və fəlsəfə elmləri doktoru fəxri adı ilə
təltif edilmiş, Beynəlxalq EA-nın, eləcə
də Azərbaycan Tarix qurumunun akade-
miki seçilmişdir. Azərbaycan, Türkiyə,
Rusiya Federasiyası YB-nın və Avrasiya
Yazıçılar liqasının üzvüdür. “Azərbaycan
bayrağı” mükafatına, “Hacı Zeynalab-
din Tağıyev”
fəxri diplomuna, “İnam”
şərəf diplomuna, “İlin nüfuzlu ziyalısı”
fəxri adına, Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin fəxri diplomuna layiq gö-
rülmüşdür.
“Ziya”, “Vətən” fəxri diplomu, “Qı-
zıl Qələm” mükafatına
layiq görül-
müşdür. “Kəlamlar”,
“Haqq yolu, pak-
lıq yolu”, “40 kəlam, 40 qitə”, “Könül
möcüzələrində səməndər quşu” və digər
əsərlərin müəllifidir. “Kəlamlar” kitabı
Ankarada, Moskvada, Frankfurtda nəşr
edilmişdir.
2008-ci ildə Türk Dünyası Araş-
dırmaları Beynəlxalq EA-nın akade-
mik üzvü
və fəxri professoru seçilmiş,
“Beynəlxalq Qızıl Ulduz” medalına la-
yiq görülmüşdür.
2009-cu ildə Türk Dünyası Araşdır-
maları Beynəlxalq EA Ali Təltiflər Şu-
rasının qərarı ilə “Dünya mədəniyyətinə
xidmət” beynəlxalq mükafatı, BMT
yanında İctimai Təltiflər Şurası “Avro-
panın Şərəf Ordeni”, Rusiya Ədəbiy-
yatşünaslıq Akademiyasının qərarına
əsasən A.S.Puşkin adına “Maarif fədaisi”
qızıl medalı ilə təltif edilmişdir.
2009-cu ildə Avropa Təbiyyat
EA-
nın akademiki, Qotfrid Leybnis adına
qızıl medalı ilə təltif edilmişdir. KIBA-
TEK Beynəlxalq təşkilatı onu “Türk
mədəniyyətinə xidmət”
Beynəlxalq mü-
kafatına layiq görmüş, “Kəlamlar” kita-
bının Ankarada nəşr edilən variantı “İlin
kitabı” beynəlxalq mükafatına layiq gö-
rülmüşdür.
2010-cu ildə İtaliyadakı Beynəlxalq
Sosial və İqtisadi Tədqiqatlar Akade-
miyasının akademiki seçilmiş, “Şöhrət”
ordeni ilə təltif
edilmiş və türk dünya-
sında ilk dəfə olaraq məhz ona “Roma-
nın fəxri alimi” adı verilmişdir.
2010-cu ildə İctimai Rəy Araşdırmalar
Mərkəzinin “Mənəviyyat himayədarı”
medalı, “Atatürk Beynəlxalq Mükafatı”
və başqa mükafatlarla təltif edilmişdir.
2012-ci ildə “Avropanın Əməkdar
elm və mədəniyyət xadimi” fəxri adını
almışdır.
2013-cü ildə Avropa Təbiyyat Elmləri
Akademiyası Beynəlxalq Ritsarlar İttifa-
qı ilə birlikdə təsis etdiyi “Senator” Ul-
duzu, “Taclı Böyük Ulduz” ordenlərinə
layiq görülmüşdür.
Dostları ilə paylaş: