49
Siyasət.Hüquq.Hərbi iş
FEVRAL
Artur Tahir oğlu Rasi-zadə 1935-
ci il fevral ayının 26-da
Gəncə
şəhərində anadan olmuşdur.
1952-ci ildə Lənkəran şəhər
4 saylı orta məktəbdə təhsilini
müvəffəqiyyətlə başa vurmuşdur.
1957-ci
ildə Azərbaycan Sənaye
İnstitutunu bitirdikdən sonra əmək
fəaliyyətinə Azərbaycan Neft Ma-
şınqayırması ETİ “AzİNMAŞ”-da
mühəndis vəzifəsində başlamış, son-
radan
böyük mühəndis, layihənin baş
mühəndisi, şöbə müdiri, elmi işlər
üzrə direktor
müavini vəzifələrində
işləmişdir.
1973-1975-ci illərdə “Azneftsəna-
yemaş” birliyində baş mühəndis,
1975-1977-ci illərdə “İttifaqneft-
maş” ЕİB rəisinin birinci müavini -
baş mühəndis, 1977-1978-ci
illərdə
“AzİNMAŞ” Neft maşınqayırması
ETİ-nin direktoru olmuşdur.
1978-1981-ci illərdə Azərbaycan
SSR Dövlət Plan Komitəsi sədrinin
müavini, 1981-1986-cı illərdə Azər-
baycan KP MK-da maşınqayırma
şöbəsinin müdiri, 1986-1992-ci
illərdə Azərbaycan Respublikası
Nazirlər
Soveti Sədrinin birinci mü-
avini vəzifələrində çalışmışdır.
1992-1994-cü illərdə İqtisadi İs-
lahatlar Fondunun məsləhətçisi,
1994-cü ildə “DEKA-B” şirkətində
məsləhətçi, 1994-1996-cı illərdə İq-
tisadi İslahatlar Fondunda məsləhətçi
vəzifəsində işləmişdir.
1996-cı ildə Azərbaycan
Respubli-
kası Prezidentinin iqtisadi məsələlər
üzrə köməkçisi təyin edilmişdir.
1996-cı ilin may ayından
Azərbaycan Respublikası Baş nazi-
rinin birinci müavini, 1996-2003-cü
illərdə Baş nazir, 2003-cü
ilin avqust
- noyabr aylarında Baş nazirin birin-
ci müavini vəzifələrində çalışmışdır.
2003-cü ilin noyabr ayından
yenidən Azərbaycan Respublikası-
nın Baş naziridir.
SSRİ ordenləri (“Şərəf nişanı” or-
deni) və medallarla təltif edilmişdir.
1971-ci ildən SSRİ Dövlət mükafatı
laureatıdır.
Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişafına verdiyi bö-
yük töhfələrə görə görkəmli
ictimai-
siyasi xadim Artur Tahir oğlu Rasi-
zadə 2006-cı ildə “İstiqlal”, 2010-cu
ildə “Şərəf” ordenləri ilə təltif edil-
mişdir.
Dostları ilə paylaş: