63
Milli ədəbiyyat
110
illiyi
Mikayıl Rzaquluzadə
1905-1984
MART
Mikayıl
Manaf oğlu Rzaquluzadə
1905-ci il mart ayının 17-də Bakı
şəhərində anadan olmuşdur.
İbtidai təhsilini yeni üsullu
“Mədrəseyi-nur” məktəbində və mol-
laxanada almış (1912-1913), sonralar
5 saylı “Rus-müsəlman”
məktəbində
oxumuş, Bakı ticarət məktəbinə daxil
olmuşdur.
1926-1927-ci illərdə Ali Peda-
qoji İnstitutun tarix və ədəbiyyat
fakültəsində təhsil almışdır. 1927-1931-
ci illərdə Gəncə Pedaqoji Texnikumun-
da, həm də fəhlə fakültəsində ədəbiyyat
və pedaqogika-psixologiya
müəllimi
işləmişdir.
1931-1934-cü illərdə o, Moskva İkin-
ci Dövlət Universitetinin aspiranturasını
bitirib Bakıya qayıtmışdır.
Bakıda Azərbaycan Dövlət Elmi-
Tədqiqat Pedaqogika İnstitutunda
uşaq ədəbiyyatı sahəsində elmi işçi,
Azərnəşrdə tərcüməçi və redaktor
olmuş, qısa fasilələrlə “İnqilab və
mədəniyyət” jurnalı redaksiyasında
məsul katib, “Azərbaycanfilm” kinos-
tudiyasında,
Xarici Ölkələrlə Mədəni
Əlaqələr Cəmiyyətində baş redaktor,
“Azərbaycan” jurnalı redaksiyasında
baş redaktorun müavini vəzifələrində
çalışmışdır.
Ədəbi fəaliyyətə 1923-cü ildə “Ab-
dulla Şaiq” kitabçasında nəşr edilən
“Müəllim” şeiri ilə başlamışdır.
İlk məqaləsi isə 1926-cı ildə “Maarif
işçisi” jurnalında “Cocuq ədəbiyyatında
üsul məsələsi” adı ilə dərc olunmuşdur.
Müxtəlif mövzularda yazıb-yaratsa da,
1945-ci ildən
başlayaraq bütün kitabla-
rını uşaq və gənclər üçün nəzərdə tut-
muşdur.
Ədəbi təxəllüsü otuzuncu illərdə
“Mim-Re”, “M.R.”, “R.Mikayıl”, son-
ralar “M.Rzaquluzadə” olmuşdur.
Azərbaycan tərcüməçiləri arasın-
da ən çox səmərəli,
məqsədəuyğun
fəaliyyət göstərənlərdən biri də Mi-
kayıl Rzaquluzadə olmuşdur. Çoxil-
lik ədəbi yaradıcılığını əsasən tərcümə
işinə həsr etmiş bu istedadlı ədib dün-
yanın müxtəlif xalqlarının klassiklərinin
əsərlərini
dilimizə tərcümə edərək oxu-
cularımızın böyük hörmət və rəğbətini
qazanmışdır. Ümumiyyətlə, tərcümə
kitablarının sayı 60-dan çox olan Mi-
kayıl Rzaquluzadə “H.Heyne və fa-
şizm”, “Rabindranat Taqor”, “Bayron
və müasirlik” və s.
kimi məqalələrin də
müəllifidir. 1934-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Azərbaycanın
qabaqcıl maarif xadimi (1968), əmək
veteranı (1976) olmuşdur.
Ədəbiyyat sahəsində xidmətlərinə
görə iki medal,
üç dəfə Azərbaycan Res-
publikası Ali Soveti Rəyasət Heyə-tinin
Fəxri fərmanı ilə, Çuvaş MSSR Mədə-
niyyət Nazirliyinin və digər təşkilatların
fəxri tərifnamələri ilə təltif edilmişdir.
1984-cü il noyabrın 10-da Bakıda
vəfat etmişdir.
Bakı küçələrindən birinə onun adı
verilmişdir.
Dostları ilə paylaş: