Ə d ə b i y y a t
Azərbaycanda ilk uşaq
baletinin müəllifi:Üzeyir
bəyin davamçısı Əşrəf
Abbasov //Azadlıq.-
2013.- 9 aprel.- S.14.
Mahmudova, C. Əşrəf
Abbasovun mahnılarının
poetik mətnlərinin bəzi
xüsusiyyətlərinə dair
/C.Mahmudova //Musiqi
dünyası.- №3-4.- 2010.-
S.42-45.
Мамедова, Л.
Отрывки из балета
Ашрафа Аббасова
“Чернушка” (для двух
фортепиано) [Hоты]:
учебное пособие /сост.
Л.Мамедова; науч.
ред. Г.Абдуллазаде;
рец. Д.Аббасов [и др.];
М-во Образ. Азерб.
Респ., Бакинская
Муз. Акад. имени
Уз.Гаджибейли.-Баку:
[б.и.], 2012.- 74 с.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
shusha.az
Bəstəkar
70
Baletmeyster
Musiqi.Opera.Balet
100
illiyi
23
MART
Əlibaba Abdullayev
1915-1980
Ə d ə b i y y a t
Abdullayeva, E.
Əlibaba Abdullayev
/E.Abdullayeva; red.
M.Teymurov.- Bakı: Adiloğ-
lu, 2005.- 120 s.
Çəmənli, M. İlk
Azərbaycan rəqs ansamb-
lı: Əlibaba Abdulla oğlu
Abdullayev //Mustafa
Çəmənli. Sənət hekayələri.-
Bakı, 2014.- S.79-80.
Kazımzadə, A. Rəqsimizin
korifeyi /A.Kazımzadə
//Mədəniyyət.- 2010.- 5
fevral.- S.10.
Sənəti böyüdən sənətkar.
Xalq artisti Əlibaba Ab-
dullayev [Elektron resurs]:
sənədli film /quruluşçu
rejissor V. Mirzəyeva.-
DVD.- Bakı [s.n.] 2009.- 1
elektron. opt. disk (DVD)
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.freemp3go.org
www.mct.gov.az
Əlibaba Abdulla oğlu Abdulla-
yev 1915-ci il mart ayının 23-də Bakı
şəhərində anadan olmuşdur.
O, ifaçılıq fəaliyyətinə 1930-cu
illərdə Azərbaycan Dövlət Filarmoni-
yası Mahnı və Rəqs Ansamblının solisti
kimi başlamışdır.
Onun yaradıcılıq bioqrafiyası milli
rəqs sənətinin təbliğinə və inkişafına
həsr olunmuşdur.
Ə.Abdullayevin sənəti xalqa ya-
xın, quruluş verdiyi rəqslərin hamısı
mənalı, rəngarəng olmuşdur: “Ço-
banlar”, “Bənövşə”, “Bulaq başı”,
“Bahar”, “Ay gözəl”, “Qazağı”,
“Məzəli rəqs”, “Qaytağı”, “Gəlin
tərifi”,“Nağaraçılar”rəqsləri və s.
1940-cı illərin
əvvəllərində
Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının rəqs qrupuna rəhbərlik et-
mişdir. Eyni zamanda M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniya-
sının baş baletmeyster kimi də fəaliyyət
göstərmişdir.
Ü.Hacıbəylinin “Arşın mal alan”
operettasında, Z.Hacıbəylinin “Aşıq
Qərib”, Z.Paliaşvilinin “Daisa” ope-
ralarında və bir sıra bədii filmlərdə
onun quruluş verdiyi parlaq və koloritli
folklor rəqsləri respublika ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilmişdir.
Əlibaba müəllimin həm də gözəl səsi
vardı. O, səhnədə həm rəqs edir, həm də
oxuyurdu. Azərbaycan Televiziyasının
radioya aid arxivində Ə.Abdullayevin
lent yazıları durur. “Muleyli”, “Bir
dənəsən”, “Dilbərim”, “Sarı gəlin” mah-
nıları onun ifasında məlahətlə səslənir.
Bakının bir sıra institutlarında, o
cümlədən M.F.Axundov adına Rus dili
və Ədəbiyyatı İnstitutunda (indiki Bakı
Slavyan Universiteti) Ə.Abdullayev
“Lalə” özfəaliyyət ansamblını yaratmış-
dır. Bu ansambl müsabiqələrdə diplom
və fəxri fərmanlara layiq görülmüşdür.
“Əhməd haradadır?” kinokomediyasın-
da Ə.Abdullayevin quruluş verdiyi ma-
raqlı “Üzüm yığımı” kompozisiyasını
“Lalə” özfəaliyyət ansamblı ifa etmiş-
dir. Ə.Abdullayevin “Vətən və cəbhə”
xoreoqrafiya kompozisiyası, “Xalqlar
dostluğu” məhsul süitaları, “Vağza-
lı”, “Yallı”, “Nəlbəki” rəqsləri və b.
Azərbaycan xoreoqrafiya sənətinin qı-
zıl fonduna daxil olmuş bir çox başqa
rəqslər geniş şöhrət qazanmışdır.
Ə.Abdullayev Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının bədii
rəhbəri olmuş, respublikada özfəaliyyət
rəqs sənətinin inkişafına böyük qüvvə
və əmək sərf etmişdir.
Azərbaycan rəqs sənətinin in-
kişafında böyük xidmətlərinə görə
Ə.Abdullayev “Azərbaycan SSR-nin
Xalq artisti” fəxri adına layiq görül-
müşdür.
O, SSRİ medalları ilə, Azərbaycan
SSR Ali Soveti Rəyasət heyətinin Fəxri
fərmanları ilə təltif edilmişdir.
Görkəmli sənətkar Əlibaba Abdulla-
yev 1980-ci il avqust ayının 9-da vəfat
etmişdir.
|