72
MART
90
illiyi
Aktrisa
Zəroş Həmzəyeva
1925-2004
22
Zəroş Mirzəbağır qızı Həmzəyeva
1925-ci il mart ayının 22-də Naxçıvan
Muxtar Respublikası Babək rayonunun
Nehrəm kəndində anadan olmuşdur.
Məşhur aktyor və rejissor İbrahim
Həmzəyevlə ailə həyatı qurub.
Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı
yaşında çıxıb. Onu peşəkar səhnəyə İb-
rahim Həmzəyev cəlb edib. İlk səhnə
obrazı kimi Nəcəf bəy Vəzirovun “Hacı
Qəmbər” (“Yağışdan çıxdıq,
yağmura
düşdük”) komediyasında Yetər rolunu
oynamışdır.
Zəroş Həmzəyeva 1948-ci ildə həyat
yoldaşı İbrahim
Həmzəyevlə birlikdə
Qaryagin rayonunun (indiki Füzuli)
Dövlət Dram Teatrında aktrisa işləyib.
Aktrisa bir sıra tamaşalarda, xüsusən
“Vaqif” tamaşasında
Xuraman rolunda
Akademik teatrın görkəmli sənətkarları
ilə tərəf müqabili olub.
Zəroş Həmzəyeva dramaturq Cəfər
Cabbarlının qadın qəhrəmanlarının ən
yaxşı ifaçılarından sayılır. O, müxtəlif
illərdə və müxtəlif rejissorların quru-
luşlarında ədibin “Solğun çiçəklər”
(Sara), “Nəsrəddin şah” (Sitarə), “Ay-
dın” (Gültəkin), “Sevil” (Sevil), “Al-
maz” (Almaz və Yaxşı), “1905-ci ildə”
(Sona), “Od gəlini” (Solmaz), “Oq-
tay Eloğlu” (Firəngiz), “Yaşar” (Ya-
qut) dramlarının tamaşalarında baş
rolları ifa edib. Zəroş xanımın kiçik,
lakin ürəyəyatımlı və şirin səsi olub.
Buna görə də Ü.Hacıbəylinin “Leyli
və Məcnun” (Leyli və Leylinin anası),
“Əsli və Kərəm” (Əsli) operaların-
da, “Arşın mal alan” (Gülçöhrə, Tel-
li və Asya), “Məşədi İbad” (Gülnaz),
Z.Hacıbəyovun “Evliykən subay”
(Pərizad), S.Rüstəm və S.Rüstəmovun
“Durna” (Durna və Lalə),
Məcid Şam-
xalovla Zakir Bağırovun “Qaynana”
(Afət) operettalarında əsas partiyaları
ifa edib.
Milli teatr sənətinin inkişafındakı
xidmətləri dövlət tərəfindən yüksək
qiymətləndirilmişdir. 1956-cı ildə
“Azərbaycan Respublikasının Əməkdar
artisti” və 1967-cı ildə “Xalq artis-
ti” fəxri adlarına layiq görülmüşdür.
Ümummilli
lider Heydər Əliyev onu
müstəqil Azərbaycan Respublikasının
ali mükafatı olan “Şöhrət” ordeni ilə
təltif etmişdir.
1995-ci ildə fəxri təqaüdə çıxıb.
1998-ci ildə Azərbaycan xalqı qar-
şısındakı böyük xidmətlərinə görə
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdünə layiq görülüb.
Zəroş Həmzəyeva 2004-cü
il iyun
ayının 5-də Bakı şəhərində vəfat edib
və II Fəxri Xiyabanda dəfn olunub.
Aktrisanın vaxtilə yaşadığı evdə
xatirə lövhəsi asılmışdır. Xalq artisti
Zəroş Həmzəyevanın həyat və yaradıcı-
lığını əks etdirən “Yay gününün xəzan
yarpaqlar”ı (film, 1986) və “Nehrəmli
qız” (film, 2002) filmləri çəkilib.
Dostları ilə paylaş: