Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə95/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   91   92   93   94   95   96   97   98   ...   484
Ə d ə b i y y a t
Azərbaycan Xalq artisti 
Zəroş Həmzəyeva haq-
qında rəylər /tərt. ed. 
R.Məmmədova.- Bakı: 
Qorqud, 1998.- 72 s.
 İsmayılova, A. Nehrəmli 
qız (Zəroş Həmzəyeva) 
/A.İsmayılova; red. 
E.Həsənov.- Bakı: İşıq, 
1985.- 71 s.
Rəhimli, İ. Səhnədə ucalan 
əzəmət /İ.Rəhimli.- Bakı: 
Çaşıoğlu, 2010.- 416 s.
Əlioğlu, Y. İlham Rəhimli 
və əzəmətli İbrahim 
Həmzəyev /Y.Əlioğlu        
//Mədəniyyət.- 2010.- 8 
oktyabr.- S.12.
Rəhimli, İ. Zəroş 
Həmzəyeva //Rəhimli İ. 
Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.461.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.youtube.com
www.teatrittifaqi.az
Teatr.Kino


73
Teatr.Kino
Ələsgər Ələkbərov  
1910-1963
105 
illiyi
Aktyor
MART
26
Ələsgər Hacıağa oğlu  Ələkbərov 
1910-cu il mart ayının 26-da Bakıda 
anadan olmuşdur.
1924-cü ildə  Əbilov adına klubun 
teatr dərnəyinə yazılmış, ilk dəfə bu 
səhnədə çıxış etmişdir. 
1927-ci ildə Teatr məktəbində təhsil 
almışdır. Sonra Türk İşçi Teatrının 
səhnəsində çalışmış, burada Hacı Baxşəli 
(“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) 
kimi yaddaqalan obrazlar yaratmışdır. 
Bakı Türk İşçi Teatrı ilə Azərbaycanın 
kənd və  şəhərlərini qarış-qarış  gəzmiş, 
tamaşalar göstərmiş, əhalinin teatr zöv-
qünün formalaşmasına öz töhfələrini 
vermişdir.
 1930-cu illərdə Tbilisidə Azərbaycan 
dram teatrında, Bakı və Gəncə teatrında 
çalışmışdır. 
1938-ci ildən ömrünün sonuna kimi 
M.Əzizbəyov adına Azərbaycan Dram 
Teatrında fəaliyyət göstərmişdir. Səməd 
Vurğunun “Vaqif” pyesində Vaqif ob-
razı onun ən gözəl ifalarından biri idi. 
Ə.Ələkbərov bu obrazı 28 yaşından 
oynamağa başlamışdır. Aktyor bu rolu 
qüdrətli bir rəssam kimi tam dolğun, 
mənalı  və  səsli yaratdığına görə idi 
ki, indi də insanların xəyalında Vaqif 
məhz  Ə.Ələkbərovun oynadığı kimi 
canlanır. Onun ifasındakı bu obraz te-
atr tariximizdə qazanılan  ən böyük 
müvəffəqiyyətlərdən biri sayılır. 
1948-ci ildə - “Vaqif”in səhnə 
həyatının 10 ili ərzində  Ələsgər 
Ələkbərov bu rolda artıq 300-cü dəfə 
çıxış etmişdi. 
Aktyor səhnəmizə yeni üslub, yeni 
yaradıcı manera gətirdi. Onun rollarında 
klassik aktyor sənəti məktəbinin gözəl 
ənənələri yaşayır. Bu ənənələr elə akt-
yorun ekran qəhrəmanlarında da özünü 
büruzə verir.
Onun üçün kino aləmi də teatr qədər 
sevimli idi. Yaratdığı müxtəlif xarakterli 
kino obrazları kinematoqrafiya tarixində 
silinməz izlər buraxıb. Hadisələri olmuş 
əhvalatlara əsaslanan “Vulkan üzərində 
ev”  filmində  Həsən rolunu ifa etmiş,  
filmin Dovjenko adına Kiyev kinostudi-
yasında çəkilən “Varislər” filmində don 
Aqilla rolunu uğurla canlandırmışdır 
(1960). Azərbaycan kinosunda Rüstəm 
kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli 
xan”) “Qara daşlar”, “Səhər”, “Leyli və 
Məcnun”, “Böyük dayaq” və s. filmlərdə 
yaddaqalan obrazlar yaratmışdır.
 1939-cu ildə Bakı  şəhər Sovetinin, 
1962-ci ildə SSRİ Ali Sovetinin deputatı 
seçilmişdir.
Teatr sənətindəki xidmətlərinə görə 
Ə.Ələkbərov orden və medallarla təltif 
olunmuşdur.
 Ə.Ələkbərov 1959-cu ildə Moskva-
da dram teatrların festivalında “Cavan-
şir” pyesində yaratdığı baş  qəhrəman 
surətinə görə laureat adına, 1961-ci ildə 
“SSRİ Xalq artisti” adına layiq görül-
müşdür.
  Ələsgər  Ələkbərov 1963-cü il yan-
var ayının 31-də Bakıda vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin