Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə219/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   215   216   217   218   219   220   221   222   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

19

Milli Qəhrəman

MA

Y

22


175

MA

Y

22

Siyasət.Hərbi iş

90 

illiyi

Züleyxa Hüseynova 

1924-1996 

MA

Y

Züleyxa  İsmayıl  qızı  Hüseynova 

1924-cü  il  may  ayının  29-da  Bakıda 

anadan olmuşdur.

1942-ci  ildə  Azərbaycan  Sənaye 

İnstitutunun  neft-mexanika  fakültə-

sinə qəbul olunmuş, ali təhsilini başa 

vurduqdan  sonra  İ.Q.Yesman  adına 

Azərbaycan  Elmi-Tədqiqat  Energeti-

ka İnstitutunun aspiranturasında oxu-

muşdur. 

1953-cü  ildə  namizədlik  disser-

tasiyası  müdafiə  etmiş,  sonrakı  6  il 

ərzində Azərbaycan SSR Elmlər Aka-

demiyasında  fəaliyyət  göstərmişdir. 

Daha  sonra  Azərbaycan  Kommunist 

Partiyası Mərkəzi Komitəsinin elm və 

tədris  müəssisələri  şöbəsinin  müdir 

müavini  təyin  edilmiş,  1963-cü  ildə 

isə  komitənin  sədri  vəzifəsinə  layiq 

görülmüşdür.

1965-ci  ilin  iyulunda  komitə 

Azərbaycan  SSR Ali  və  Orta  İxtisas 

Təhsili  Nazirliyinə  çevrilmiş,  Züley-

xa  Hüseynova  nazir  təyin  edilmiş-

dir.  Kirovabad  (indiki  Gəncə)  Tex-

niki  İnstitutu  da  onun  təşəbbüsü  ilə 

yaradılmışdır.  Daim  gənclərə  qayğı 

göstərmiş,  ali  məktəblərə  qəbul  za-

manı  imtahanların  şəffaf  keçirilməsi 

ücün  xüsusi  nəzarət  komissiyaları 

yaratmışdır.  Onun  müzakirə  etdiyi 

məsələlər  və  çıxardığı  qərarlar  res-

publika  rəhbərliyi  tərəfindən  həmişə 

bəyənilmiş və dəstəklənmişdir.

1965-1970-ci illərdə Ali və orta ix-

tisas təhsili naziri vəzifəsində uğurla 

çalışan  Züleyxa  Hüseynova  1970-ci 

ildə  Azərbaycan  KP  MK-nın  birinci 

katibi Heydər Əliyevin təşəbbüsü ilə 

Azərbaycan  Həmkarlar  İttifaqı  Şura-

sının sədri vəzifəsinə seçilmişdir.

1981-ci  ildən  təqaüdə  çıxanadək 

Azərbaycan  SSR  Nazirlər  Sovetində 

Elm,  texnika  və  təhsil  müəssisələri 

şöbəsinin  müdiri  olmuşdur.  Bir  çox 

elmi  məqalə  və  metodik  işləri  nəşr 

olunmuşdur. “Avtomobillər və traktor-

lar” adlı orijinal ali məktəb dərsliyinin 

həmmüəlliflərindəndir.

SSRİ  Ali  Sovetinə  (VII-X  çağı-

rış) deputat seçilmiş, Ali Sovetin da-

imi  komissiyasının  sədr  müavini  və 

sədri,  Asiya  və  Afrika  Ölkələri  ilə 

Həmrəylik Komitəsi sədrinin müavini 

olmuşdur.

Züleyxa  Hüseynovanın  əməyi 

dövlət  tərəfindən  yüksək  qiymətlən-

dirilmişdir. “Oktyabr inqilabı”, “Qır-

mızı  Əmək  Bayrağı”  ordenləri,  bir 

sıra medal və fəxri fərmanlarla təltif 

edilmişdir.

Züleyxa Hüseynova 1996-cı il may 

ayının 24-də dünyasını dəyişmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin