183
Tarixdə bu gün
Heydər Əliyev Fondu
2004
MA
Y
Heydər Əliyev Fondu - qeyri-
hökumət, qeyri-kommersiya təşkilatıdır.
Rəsmi açılışı 10 may 2004-cü ildə ol-
muşdur. Heydər Əliyev Fondunun Pre-
zidenti – UNESCO-nun və İSESKO-
nun Xoşməramlı səfiri, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
Azərbaycanın birinci xanımı Mehriban
Əliyevadır. Fondun yaradılmasında
məqsəd: Azərbaycan xalqının öz ümum-
milli lideri Heydər Əliyevin xatirəsinə
ehtiramını ifadə etmək arzu və istəyi;
Heydər Əliyev siyasi məfkurəsinin
həmişəyaşar səciyyəsini əks etdirmək
zərurəti; Qloballaşan dünyada Heydər
Əliyevin azərbaycançılıq fəlsəfəsinin
Azərbaycan üçün əhəmiyyətini vurğu-
lamaq niyyəti; Heydər Əliyevin yarat-
dığı milli dövlətçilik ideyalarını yeni
nəsillərə daim aşılamaqdır.
Fondun strukturu özündə kollegial
və vahid hakimiyyətli rəhbərlik üsul-
larını birləşdirir. Fondun icraçı orqanı
Prezidentdir. Fondun prezidenti onun
səlahiyyətli qanuni nümayəndəsidir.
Fondun işinə bilavasitə rəhbərlik etmək
üçün İcraçı direktor vəzifəsi təsdiq olun-
muşdur ki, o da Prezident tərəfindən
onun vəzifələri sırasına daxil edilmiş
səlahiyyətlər çərçivəsində fəaliyyət
göstərir. İcraçı direktor Fondun proq-
ram və tədbirlərinə cari nəzarəti həyata
keçirir. O, həmçinin onun səlahiyyətləri
sırasına daxil edilmiş məsələlər
çərçivəsində Fondun səlahiyyətli
nümayəndəsidir. Fondun nəzdində Eks-
pert Şurası fəaliyyət göstərir ki, onun
da əsas məqsədi qəbul olunan qərarların
böyük səmərəliliyini və effektliliyi-
ni təmin etməkdən ibarətdir. Ekspert
Şurası müxtəlif ixtisaslı ekspertlərdən
ibarətdir. Ekspertlərin vəzifəsi müva-
fiq rəyləri, hesabatları və məruzələri
hazırlayıb Prezidentə təqdim etməkdən
ibarətdir. Şura konsultativ strukturdur.
2004-cü ilin iyununda “Heydər
Əliyev Fondunun loqosu” müsabiqəsi
keçirilmişdir. Müsabiqəyə 2500-ə ya-
xın loqo təqdim edilmiş, seçilmiş 2 lo-
qonun müxtəlif cizgiləri birləşdirilərək
Heydər Əliyev Fondunun loqosu qəbul
edilmişdir. Əliyev Faiq Becan oğlu və
“Deadline” şirkəti 2004-cü ilin sonunda
qalib elan olunmuşlar.
Heydər Əliyev Fondunun loqo-
su səkkizguşəli ulduzun içərisində
Heydər Əliyev inisiallarının “H.Ə”
əmələ gətirdiyi səkkizguşəli ulduzdan
ibarətdir. Səkkizguşəli ulduz şumerdən
gəlmədir. Zərdüştlükdə onun fəlsəfəsi
açılır: səma, yer, su, hava, bitki, hey-
vanat, insanat, ad. Bu həm də sadədən
aliyə doğru inkişafı göstərir. İnisi-
alları əhatə edən səkkizguşəli ulduz
Azərbaycan xalqının öz dahi oğlu
Heydər Əliyevin ideyaları ətrafında
birləşməsini göstərir.
Loqoda iki rəng qəbul edilmişdir:
göy və qızılı. Göy rəng səmanı, demok-
ratiyanı, düzlüyü, təmizliyi, günahsız-
lığı, dincliyi, etibarlılığı, səmimiliyi,
əminliyi, milliliyi göstərir. Qızılı rəng
isə günəş, sülh, inkişaf, işıqlı gələcək
simvoludur. Hər iki rəng ümummilli li-
der Heydər Əliyevin istək və arzularını,
ideyalarını əks etdirir.
Dostları ilə paylaş: