180
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü
1993
Əlillərin hüquqlarının müdafiəsi Günü
1992
MA
Y
1991-ci il may ayının 3-də Nami-
biyanın paytaxtı Vindhukda regional
seminara toplaşan jurnalistlər “Vind-
huk Bəyannaməsi”ni qəbul etdilər.
Bəyannamə informasiya vasitələrinə
yardımçı olmaq məqsədilə dünya
hökumətlərinə mətbuat azadlığının və
demokratikliyinin təmin edilməsinə
yardımçı olmağa çağırırdı. Buna görə,
BMT Baş Məclisi 1993-cü il may ayı-
nın 3-nü Beynəlxalq Söz və Mətbuat
Azadlığı Günü elan etdi.
Söz və mətbuat azadlığı demok-
ratiyanın meyarı olaraq tanınır. Söz
azadlığının olmadığı ölkələrdə in-
san hüquqlarının pozulması hallarına
daha çox rast gəlinir. Bu gün bir çox
beynəlxalq qurumlar ölkələrdə söz və
mətbuat azadlığını diqqət mərkəzində
saxlayırlar.
1992-ci ildən BMT Baş Assamb-
leyasının qərarı ilə hər il 5 may tari-
xi Əlillərin Hüquqlarının müdafiəsi
günü kimi qeyd olunur. Azərbaycanda
bu qəbildən olan insanların sayı 450
mindən çoxdur. Ölkəmizdə əlillərin
sosial müdafiəsi ilə bağlı dövlət proq-
ramı mövcuddur. Həmin proqramda
əlilliyin qarşısının alınması, əlillərin
reabilitasiyası və sosial müdafiəsi haq-
qında qanunun bütün müddəaları öz
əksini tapıb. Əlillərin sosial müdafiəsi
isə ildən-ilə daha da gücləndirilir, bu
istiqamətdə genişmiqyaslı tədbirlər
həyata keçirilir. Bu tədbirlər onların
cəmiyyətə inteqrasiyasına xidmət edir.
Dövlət hər ay əlillik qruplarına uy-
ğun olaraq onlara pensiya və sosial
müavinətlər verir. Əlillərin pensiya-
ları, onlara edilən maddi yardımlar da
ildən-ilə artır. Onların sağlamlığının
bərpası üçün paytaxtda və bölgələrdə
reabilitasiya mərkəzləri fəaliyyət
göstərir. Bütün bunlar əlilliyin qarşısı-
nın alınmasında, əlillərin reabilitasiya-
sında mühüm rol oynayır.
Dostları ilə paylaş: