179
Texnika.Mühəndis işi
100
illiyi
Əliş Ləmbəranski
1914-1999
MA
Y
Əliş Cəmil oğlu Ləmbəranski
1914-cü il may ayının 10-da Ağdam
rayonunda anadan olmuşdur. O, 1936-
cı ildə Azərbaycan Sənaye İnstitutunu
bitirdikdən sonra əmək fəaliyyətinə
Bakıda Neft-yağ zavodunda başlamış-
dır.
1942-1959-cu illərdə Neft-yağ za-
vodunda baş mühəndis və direktor,
Bakı Neftayırma Zavodları Trestində
müdir, Azərbaycan Neftayırma Zavod-
ları Birliyində rəis vəzifələrində çalış-
mışdır. Əliş Ləmbəranski eyni za-
manda 1954-cü ildən Respublika Neft
Sənayesi nazirinin müavini olmuşdur.
1959-1966-cı illərdə Ə. Ləmbəranski
Bakı Şəhər Zəhmətkeş Deputatları So-
veti İcraiyyə Komitəsinin sədri vəzi-
fəsində işləmişdir. 1966-cı ildə o, SSRİ
Nazirlər Soveti yanında Mikrobiologi-
ya Sənayesi Baş İdarəsi rəisinin birinci
müavini, 1970-ci ildə isə Azərbaycan
Nazirlər Soveti sədrinin müavini
vəzifəsinə təyin olunmuşdur. 1987-ci
ildə bu vəzifədən təqaüdə çıxmışdır.
Buna baxmayaraq, Əliş Ləmbəranski
ömrünün sonunadək respublika əhə-
miyyətli müxtəlif tikintilərə uğurla
başçılıq etmişdir. 1998-ci ildə yenidən
istifadəyə verilmiş Azərbaycan Musi-
qili Komediya Teatrının bərpasında,
indiki Heydər Əliyev adına Res-
publika Sarayının tikilməsində Əliş
Ləmbəranskinin xüsusi xidməti ol-
muşdur.
Əliş Ləmbəranski tutduğu hər bir
vəzifədə özünü bilikli mütəxəssis, ba-
carıqlı təşkilatçı və təşəbbüskar rəh-
bər kimi göstərmişdir. Bütün ömrünü
respublikada təsərrüfatın müxtəlif
sahələrinin inkişafına həsr etmiş Əliş
Ləmbəranskinin əməksevərliyi və
peşəkarlığı neçə-neçə nəslə örnəkdir.
Gərgin əmək fəaliyyəti ilə yanaşı o,
ömrünün son günlərinə qədər respub-
likanın ictimai həyatında fəal iştirak
etmişdir.
Əliş Ləmbəranskinin əməyi ən
yüksək mükafatlara layiq görülmüş-
dür. Bir çox orden və medallarla təltif
olunan, SSRİ Dövlət mükafatı laurea-
tı, Azərbaycanın Əməkdar mühəndisi
Əliş Cəmil oğlu Ləmbəranski 1999-cu
ildə vəfat etmişdir.
Dostları ilə paylaş: