270
Kimya.Biologiya.Tibb.
105
illiyi
İzzət Orucova
1909-1983
SENTY
ABR
İzzət Mirzəağa qızı Orucova 1909-
cu il sentyabr ayının 9-da Bakıda ana-
dan olmuşdur.
O, 1932-ci ildə Azərbaycan
Sənaye İnstitutunu bitirdikdən son-
ra doğma şəhərdəki Elmi-Tədqiqat
Neft Emalı İnstitutunda laborant
vəzifəsinə işə daxil olmuş və ömrünün
sonrakı hissəsini neft kimyası elminə
həsr etmişdi. İlk günlərdən yüksək
keyfiyyətli sürtkü yağlarının işlənib
hazırlanması məsələləri ilə məşğul
olmuş, Azərbaycanda geniş təşəkkül
tapmış yeni və mühüm əhəmiyyətli
elmi istiqamətlərdən olan aşqarlar
kimyasının əsasını qoyanlardan birinə
çevrilmişdir. Ona şöhrət gətirmiş elmi
uğurlarını məhz bu istiqamətdə qazan-
mışdır.
1932-1959-cu illərdə V.Kuybışev
adına Azərbaycan Elmi-Tədqiqat
Neft Emalı İnstitutunda işləmiş,
1959-1967-ci illərdə həmin institu-
tun əsasında yaradılan Neft Kimyası
Prosesləri İnstitutunun laboratoriya
müdiri, 1967-1971-ci illərdə Qeyri-
üzvi və Fiziki Kimya İnstitutunun di-
rektoru, 1971-1983-cü illərdə Aşqar-
lar Kimyası İnstitutunda motor yağları
üçün aşqar kompozisiyaları hazırlama
laboratoriyasının müdiri olmuşdur.
Əsas tədqiqatları sürtkü yağla-
rının istehsalının artırılmasına və
keyfiyyətinin yüksəldilməsinə aid-
dir. Orucova neft yağlarının yeni
çeşidlərinin alınma texnologiyası-
nın işlənib hazırlanmasında, selek-
tiv təmizləmə və parafinsizləşdirmə
proseslərinin təkmilləşdirilməsində,
alkil-fenol və sulfonat tipli yeni aş-
qar növlərinin istehsalında, AzNİİ-5,
AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK
və s. markalı aşqarların hazırlanması
və sənayedə tətbiqində yaxından işti-
rak etmişdir.
Alimin yüksək ixtisaslı kadrlar ha-
zırlanmasında xidməti vardır.
Orucova həmçinin, ilk Azərbaycan
kino aktrisalarındandır. O, “Sevil”
və “Almaz” filmlərində baş rollarda
çəkilmiş, azadlığa çıxan Azərbaycan
qadınının lirik, canlı obrazını yarat-
mağa müvəffəq olmuşdur. Lenin or-
deni, Oktyabr İnqilabı, Qırmızı Əmək
Bayrağı, “Şərəf nişanı” ordenləri və
bir sıra medallarla təltif edilmişdir.
Azərbaycan Milli Elmlər Akademi-
yasının akademiki, dövlət mükafatı la-
ureatı, Əməkdar elm xadimi, texnika
elmləri doktoru, professor İzzət Oru-
cova 1983-cü il aprel ayının 22-də
Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: