268
12
Natiq Əhmədov
1969-1991
Milli Qəhrəman
45
illiyi
Milli Qəhrəmanlar
SENTY
ABR
1
Natiq İlyas oğlu Əhmədov 1969-cu
il sentyabr ayının 1-də Xocalı rayo-
nunun Kosalar kəndində anadan ol-
muşdur. Ağdam rayonunun Novruzlu
kənd orta məktəbini bitirmişdir. Kali-
ninqrad şəhərinin artilleriya hissəsində
hərbi xidmətdə olmuş, 1988-ci ildə
hərbi xidməti başa vuraraq vətənə qa-
yıtmışdır. O, Xocalı rayon Daxili İşlər
şöbəsinin yol patrul xidməti müfəttişi
vəzifəsinə qəbul olmuşdur. 26 sent-
yabr 1991-ci ildə Əsgərandan Xocalı-
ya işə gedərkən içərisində olduğu ma-
şın pusqu qurmuş ermənilər tərəfindən
atəşə tutulmuşdur. Natiq düşmənlə
döyüşərək qəhrəmancasına həlak ol-
muşdur. Ağdam rayonunun Novruzlu
kəndində dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Əhmədov Natiq İlyas
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Əhmədov Natiq İlyas oğlu-yol keşik xidməti inspektoru – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü-
nün təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr
1992 -ci il [Mətn] //Azərbaycan.- 1995.- 9 oktyabr.- S. 1.- (Ölümündən sonra).
Əsgərov, V. Əhmədov Natiq İlyas oğlu [Mətn] /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.75.
Seyidzadə, M. Əhmədov Natiq İlyas oğlu [Mətn] /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.75.
Dostları ilə paylaş: