293
Coğrafiya.Geologiya
80
illiyi
Məmməd Ağdamski
1934
OKTY
ABR
Məmməd Əhməd oğlu Ağdamski
1934-cü il oktyabr ayının 20-də Ağdaş
şəhərində anadan olmuşdur.
O, tanınmış və qədim şəcərəyə
malik,
xüsusən
mədəni-maarif
və incəsənət sahəsində görkəmli
şəxsiyyətlər yetirmiş Bədəlbəylilər -
Qacarlar nəslindəndir.
1956-cı ildə M.Ağdamski institutu
bitirmiş, təyinatla “Balaxanıneft” Neft
və Qazçıxarma İdarəsinə göndərilmiş,
Balaxanı sahəsində 2 saylı mədəndə
quyuların tədqiqatı üzrə operator
vəzifəsindən başlamış, qısa müddət
ərzində usta köməkçisi, neftçıxarma
ustası vəzifəsinə təyin edilmiş, son-
radan bilavasitə öz peşə ixtisası üzrə
geoloq işləmişdir. Sonrakı dövrlərdə
idarənin geoloji şöbəsində geoloq
vəzifəsinə təyin edilmiş, 1958-ci ildə
İdarənin neft mədəninə böyük geoloq
vəzifəsinə göndərilmişdir.
1963-cü ildə idarənin geoloji
şöbəsinin rəisi, 1970-ci ildə İdarənin
baş geoloqu, geologiya üzrə rəis müa-
vini vəzifələrinə irəli çəkilmişdir.
M.Ə.Ağdamski praktiki fəaliyyətlə
yanaşı elmi araşdırmalarla da məşğul
olmuş, elmin nailiyyətlərinin istehsa-
lata tətbiqi sahəsində fəal iştirak et-
mişdir. Onun rəhbərliyi və bilavasitə
iştirakı ilə Balaxanı-Sabunçu-Ramana
neft yatağının geoloji quruluşunun
dəqiqləşdirilməsi, neft ehtiyatlarının
yenidən hesablanması istiqamətində
böyük işlər aparılmış və maraq-
lı yeni məlumatlar əldə edilmişdir.
Azərbaycan Milli Elmlər Akademi-
yası, “Azneft” İB və “Balaxanıneft”
NQÇİ tərəfindən birgə görülmüş işlər
nəticəsində adıçəkilən yatağın neft eh-
tiyatları dəqiqləşdirilmiş, 1975-ci ildə
SSRİ Mərkəzi Ehtiyatlar Komissiyası
bu ehtiyatları təsdiq etmişdir.
Beləliklə,
Balaxanı-Sabunçu-
Ramana neft yatağının sənaye üsulu
ilə işlənməsindən (1871-ci il) yüz il
keçdikdən sonra onun geoloji quru-
luşu haqqında yeni məlumatlar əldə
edilmiş və yatağın “a
sılı” (visyçiy)
yox, sərbəst, normal bloklardan ibarət
olması müəyyənləşdirilmişdir.
M.Ə.Ağdamski respublikanın neft
və qaz sənayesinin inkişafında xü-
susi xidmətlərinə görə “Azərbaycan
Respublikasının Əməkdar geoloqu”
(1982) fəxri adına layiq görülmüşdür.
O, Azərbaycan Neftçi Geoloqlar Asso-
siasiyasının üzvüdür (1993). ARDNŞ-
nin Fəxri Fərmanı (2001), “XX əsrin
tanınmış neftçisi” Beynəlxalq Diplo-
mu (2003) ilə təltif olunmuşdur.
ADNA
Geoloji
Kəşfiyyat
fakültəsinin Dövlət Attestasiya Komis-
siyasının sədri (2007), beş ixtiranın, on
səmərələşdirici təklifin, iyirmidən çox
elmi məqalənin müəllifidir.
Hal-hazırda ARDNŞ-ə daxil olan
neftçıxarma müəssisəsində geoloq
vəzifəsində çalışır.
Dostları ilə paylaş: