Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə365/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   361   362   363   364   365   366   367   368   ...   507
17

Akademik

9


295

9

Texnika

80 

illiyi

Elmira Ramazanova 

1934 

OKTY

ABR

Elmira  Məmmədəmin  qızı  Rama-

zanova 1934-cü il oktyabr ayının 2-də 

Bakıda anadan olmuşdur.

1952-ci ildə Bakıdakı 134 nömrəli 

məktəbi qızıl medalla, 1957-ci ildə isə 

Azərbaycan Sənaye İnstitutunu (indiki 

Azərbaycan  Dövlət  Neft Akademiya-

sı) fərqlənmə diplomu ilə bitirmişdir. 

Əmək fəaliyyətinə Azərbaycan SSR-

in  Energetika  İdarəsində  mühəndis 

işləməklə başlayan Elmira Ramazano-

va 1960-cı ildən   Azərbaycan Dövlət 

Neft Akademiyasının aspiranturasında 

oxuyaraq  neft-qaz  və  qaz  kondensat 

sistemləri  karbohidrogenlərin  termo-

dinamikası üzrə ixtisaslaşmışdır. 

1965-ci  ildə  namizədlik,  1975-

ci  ildə  isə  doktorluq  dissertasiyaları 

müdafiə etmişdir. 

1967-1977-ci  illərdə  Neft  və  qaz 

yataqlarının  işlənməsi  kafedrasında 

dosent, 1978-1981-ci illərdə professor, 

1981-1992-ci illərdə isə axşam və qi-

yabi təhsil üzrə prorektor vəzifələrində 

işləmişdir. 

2007-ci  ildə  AMEA-nın  müx-

bir  üzvü  seçilmişdir.  Azərbaycan 

Dövlət Neft Akademiyasının nəzdində 

yaradılmış-Neftin, Qazın Geotexnoloji 

Problemləri və Kimya Elmi-Tədqiqat 

İnstitutunun rəhbəridir.  

Elmin  inkişafında  və  yüksək  ix-

tisaslı  kadrların  hazırlanmasında 

göstərdiyi böyük xidmətlərə görə pro-

fessor  E.Ramazanova  “Şərəf  nişanı” 

ordeni  (1986),  “SSRİ  neft  sənayesi 

əlaçısı” nişanı (1981), “SSRİ-nin fəxri 

neftçisi” (1990), “Əməkdar elm xadi-

mi” (1990) fəxri adları ilə,  2012-ci ildə 

“Azərbaycan  Dünyası”  Beynəlxalq 

jurnalının Ağsaqqallar şurasının qərarı 

ilə,  “Dədə  Qorqud”  Milli  Fondu 

tərəfindən  “Mehriban  ana”  ordeni  ilə 

təltif olunmuşdur. 

50 ildən artıq elmi-pedaqoji iş sta-

jına malik Elmira xanım Ramazanova 

300-dən çox elmi əsərin, o cümlədən 3 

monoqrafiya, 11 tədris metodik vəsait, 

16  elmi-metodik  rəhbərlik,  25  patent 

və ixtiranın müəllifidir. O, eyni zaman-

da Azərbaycan Milli Neft Komitəsinin 

vitse-prezidenti,  “Azərbaycan  neft 

təsərrüfatı”  jurnalı  və  “Vışka”  qəzeti 

redaksiya heyətlərinin üzvüdür. 

Elmira  xanım  Ramazanovanın 

rəhbərlik  etdiyi  Elmi-Tədqiqat  İnsti-

tutunun  nəzdində  hələ  keçmiş  SSRİ 

Ali  Attestasiya  Komissiyasının,  ha-

zırda  isə  Azərbaycan  Respublikası 

Prezidenti  Yanında  Ali  Attestasiya 

Komissiyasının təsdiq etdiyi Neft ya-

taqlarının işlənməsi və istismarı; Qu-

yuların  qazılması;  Maşınlar,  aqreqat-

lar  və  proseslər  kimi  üç  ixtisas  üzrə 

doktorluq və namizədlik dissertasiya-

larının  müdafiəsi  üzrə  Şura  fəaliyyət 

göstərir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin