298
Tarixdə bu gün
Xocavənd rayonunun işğalı günü
1992
OKTY
ABR
Ərazisi: 1458 km²
Əhalisi: 41725
İşğal tarixi: 02.10.1992
Xocavənd
rayonunun
erməni
qəsbkarları tərəfindən işğalından 22 il
ötür.
Azərbaycan Respublikasının 26 no-
yabr 1991-ci il tarixli Qanununa əsasən
Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv
edilmiş, Martuni şəhəri Xocavənd
şəhəri, Martuni rayonu Xocavənd ra-
yonu adlandırılmışdır. Hadrut rayonu
isə ləğv edilərək ərazisi Xocavənd ra-
yonunun tərkibinə verilmişdir.
Ərazisi alçaq dağlıq və düzənlikdən
ibarət olan Xocavənd rayonunun ümu-
mi sahəsi 1458
km²
, əhalisi 41725
(o cümlədən azərbaycanlılar-10.648)
nəfər olmuşdur. Rayonda 1 şəhər
(Xocavənd şəhəri-rayon məkəzi), 2 iri
qəsəbə (Qırmızı Bazar və Hadrut), 81
kənd vardı.
Olduqca əlverişli coğrafi mövqeyə
və şəraitə malik Xocavənd rayonu Ağ-
dam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qu-
badlı, Laçın, Şuşa, Xocalı rayonları ilə
həmsərhəddir.
Qədim yaşayış məskənlərindən
sayılan Xocavəndin ərazisi təbii
sərvətlərlə - tikinti materialları və fay-
dalı qazıntılarla, meşə zolaqları və şi-
rin su ehtiyatları ilə zəngindir. Dəniz
səviyyəsindən 900 metr hündürlükdə
yerləşən, uzunluğu 190 metr olan Azıx
mağarası Xocavəndin Füzuli rayonuna
yaxın, Azıx kəndinin 1 kilometr cənub-
şərqində yerləşir.
1988-ci ilin fevralından başlayan
Qarabağ müharibəsində Xocavənd
rayonu 145 şəhid vermiş, 3600 uşaq
zərər çəkmişdir.
2 oktyabr 1992-ci il tarixində
Xocavənd rayonu Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal olunmuş-
dur.
İşğal nəticəsində Xocavənddə
71 arxeoloji-memarlıq abidəsi, 41
klub, 40 kitabxana, 12 ziyarətgah, 10
məktəbəqədər müəssisə, 21 səkkizillik
məktəb məhv edilmişdir. İşğal altında
olan Xocavəndin ərazisi bütövlükdə
ekoloji terrora məruz qalmış, Azıx
mağarasını ermənilər silah anbarına
çevirmişlər.
Rayonun ərazisində yerləşən və
ümumi sahəsi 25,5 min hektar olan
meşədəki palıd ağacları qırılaraq da-
şınmış, Xonaşen çayının kənarlarında
bitən təbii meşə isə tamamilə məhv
edilmişdir. Xocavəndin Yelli Gədik
sahəsində Füzuliyə gedən yolun sağ
və sol tərəflərində avtomobil yollarının
mühafizəsi məqsədilə əkilən ağaclar da
kəsilmişdir.
Dostları ilə paylaş: