Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə367/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   363   364   365   366   367   368   369   370   ...   507
Ə d ə b i y y a t

Qocayev, Ə. 1 oktyabr-

Prokurorluq işçiləri günü 

[Mətn] //Qocayev Ə. 

Bayramlar və tarixi günlər.-

Bakı, 2006.- S.25.

Prokurorluq işçiləri peşə 

bayramlarını qeyd etmişlər 

[Mətn] //Azərbaycan.-

2013.- 2 oktyabr.- S.7.

Prokurorluq orqan-

ları qanunçuluğun 

möhkəmlənləndirilməsi 

istiqamətində səylərini 

davam etdirir [Mətn]              

//Azərbaycan .-2011.-5 

fevral. - S. 3.

Seyidov, R. Prokurorluq 

orqanları insan hüquq 

və azadlıqlarının etibarlı 

təminatçısıdır. Azərbaycan 

prokurorluğu - 95 [Mətn] 

/R.Seyidov //Respublika.-

2013.- 15 sentyabr.- S.3.

İ n t e r n e t d ə

www.anl.az

www.sia.az

www.ebooks.preslib.az

1


297

Tarixdə bu gün

Beynəlxalq Ahıllar Günü

1992

OKTY

ABR

BMT-nin  inkişaf  proqramında  son 

illər ərzində ahıllar problemi geniş yer 

tutmuşdur. 2002-ci ilin aprel ayında İs-

paniyanın  paytaxtı  Madrid  şəhərində 

BMT-nin  ahıllar  üzrə  II  Ümumdünya 

məclisinin keçirilməsi də buna misaldır. 

Bu Ümumdünya tədbirində belə bir fikir 

səslənmişdi ki, yaşlılar da cəmiyyətin 

bərabərhüquqlu  vətəndaşlarıdır,  on-

lara  ehtiram  göstərmək  yüksək  insani 

keyfiyyətdir.

Adı-sanı,  nəcib  əməlləri  ilə  tanı-

nan,  bəlkə  də  heç  tanınmayan,  lakin 

ləyaqətlə  yaşayan,  həyat  təcrübəsi  ilə 

yeni  nəsillərə  nümunə  olan  ahıllar, 

həqiqətən hörmətə layiqdirlər.

İnsanın qocalıq dövründə heç nəyə 

qadir olmadığını söyləmək səhv olardı. 

Lap qədim zamanlardan ağsaqqal, ahıl 

insanlar  ən  hörmətli,  müdrik  adam-

lar hesab olunmuşlar. Onlara cavanlar 

da,  böyüklər  də  hörmətlə  yanaşmış, 

fikirləri  ilə  hesablaşmışlar.  Qocaların 

sərvəti onların həyat təcrübəsidir. Onla-

ra qulaq asıb, dediklərinə əməl etməklə 

bu sərvətə sahib olmaq mümkündür.

BMT-nin  Baş  Məclisi  1992-ci  ildə 

Ahılların müdafiəsi ilə bağlı Qətnamə 

qəbul  etmişdir.  Həmin  Qətnamənin 

prinsiplərinə  uyğun  olaraq  hər  il  okt-

yabr  ayının  1-i  Beynəlxalq  Ahıllar 

Günü  kimi  qəbul  edilmiş,  həmçinin 

1999-cu il Beynəlxalq Ahıllar ili elan 

olunmuşdur.

Bu  məsələyə  respublikamızda  da 

ciddi diqqət yetirilir. 

1993-cü  ildən  başlayaraq  hər  il 

oktyabr  ayının  1-i  respublikamızda 

“Beynəlxalq Ahıllar Günü” kimi qeyd 

olunur.  Həmin  günün  keçirilməsində 

məqsəd  ahıl  vətəndaşların  sosi-

al  problemləri  ilə  tanış  olmaq,  eh-

tiyaclarını  müəyyənləşdirərək  im-

kanlı  müəssisələr,  təşkilatlar  və 

qeyri-hökumət  təşkilatları  ilə  birlikdə 

əməli tədbirlər görməkdən ibarətdir. 

2001-ci il iyun ayının 22-də “Ahılla-

ra sosial xidmət haqqında” Azərbaycan 

Respublikasının  Qanunu  qəbul  edil-

mişdir.  Qanuna  əsasən  ölkədə  70  ya-

şına  çatmış  Azərbaycan  Respublikası 

vətəndaşları,  habelə Azərbaycan  Res-

publikasında daimi yaşayan əcnəbi və 

vətəndaşlığı olmayan şəxslər ahıl sayı-

lır. Beynəlxalq Ahıllar Günü ərəfəsində 

bütün  dünyada  olduğu  kimi,  Respub-

likamızın  şəhər  və  rayonlarında  İcra 

hakimiyyətləri,  əmək  kollektivləri, 

ictimai  təşkilatlar  və  qeyri-hökumət 

təşkilatları  rayon  ərazisində  yaşa-

yan  ahıl  vətəndaşların  ehtiyaclarını 

öyrənərək onlar üçün bayram süfrələri, 

ərzaq bağlamaları təşkil edir, müxtəlif 

xeyriyyə,  şəfqət  və  mədəni-kütləvi 

tədbirlər  həyata  keçirirlər.  Həmin 

tədbirlərdə respublika üzrə 10 minlərlə 

ahıl və əlil vətəndaş bayram süfrələrinə 

dəvət  olunur,  onlara  ərzaq  paylanır, 

maddi yardım göstərilir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin