Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə363/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   359   360   361   362   363   364   365   366   ...   507
Ə d ə b i y y a t

Çingizoğlu, Ə. Ağdams-

ki Məmməd Əhməd oğlu 

[Mətn] //Ənvər Çingizoğlu  

//“Soy” еlmi-kütləvi dərgi.- 

2009.- №5.-S.34-48.

Rzalı R. Zamanın fövqündə 

dayananlar: Onlar 

millətimizi işıqlı günlərə 

çıxarmaq üçün hər əzaba 

qatlaşırdılar [Mətn] /R.Rzalı 

//Azərbaycan.- 2008.- 27 

yanvar.- S.6.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

20

Geoloq


294

Kimya.Biologiya.Tibb

90 

illiyi

Məhərrəm Məmmədyarov   

1924

OKTY

ABR

Məhərrəm Əli oğlu Məmmədyarov 

1924-cü  il  oktyabr  ayının  17-də 

Azərbaycan  SSR  Naxçıvan  MSSR 

Culfa rayonu Yaycı kəndində anadan 

olmuşdur. 

1941-ci  ildə  Naxçıvan  Pedagoji 

Texnikumunu bitirmişdir.

1941-1945-ci illərdə Böyük Vətən 

müharibəsində iştrak etmiş,  12 me-

dal və ordenlə mükafatlanmışdır. 

1949-cu  ildə Azərbaycan  Dövlət 

Universitetini  (indiki  BDU),  1953-

cü ildə isə Leningrad (indiki Sankt-

Peterburq)  Texniki  Universitetinin 

aspiranturasını  bitirmişdi.  1953-

1955-ci illərdə Azərbaycan SSR-nin 

EA-nın Kimya İnstitutunda elmi ka-

tib, 1955-1959-cu illərdə SSRİ EA-

nın N.D.Zelinski adına Üzvi Kimya 

İnstitutunda baş elmi işçi, 1959-1969-

cu illərdə Y.H.Məmmədəliyev adına 

Neft-Kimya  Prosesləri  İnstitutunda 

işləmişdir.

1973-1979-cu 

illərdə 


isə 

Azərbaycan MEA Naxçıvan regional 

elmi mərkəzinin rəhbəri olmuşdur. 

1980-ci  ildə  Naxçıvan  ter-

mal  mənbələrinin  karbon  gazı-

nın  sənayedə  istifadə  texnologi-

yasını  işləyib  hazırladığına  görə 

Azərbaycan Respublikasının Dövlət 

mükafatına layiq görülmüşdür. 

1975-1978-ci  illərdə  Naxçıvan 

Dövlət Pedagoji İnstitutunda (indiki 

Naxçıvan  Dövlət  Universiteti)  dərs 

demişdir. 

1981-ci  ildən  1994-cü  ilə  qədər 

şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə 

gədər isə Azərbaycan EA Mikrobiolo-

giya İnstitutunun direktoru işləmişdir. 

1969-cu ildən Y.H.Məmmədəliyev 

adına  Neft-Kimya  Prosesləri  İnstitu-

tunda  sintetik  yağların  sintez  və  tex-

nologiyaları  laboratoriyasının  rəhbəri 

işləyir.


Tədqiqat  apadığı  üzvi  kimya,  neft 

kimyası,  neft  kimyəvi  biotexnologi-

yalar  sahələri  alimin  fəaliyyətində 

xüsusi  yer  tutur.  Vinilxloridin  toplu 

miqyasda  qaynar  katolizatorun  la-

yında  etilenin  xlorlaşdırılması  üsulu 

ilə  alınması  onun  rəhbərliyi  altında 

həyata keçirilmişdir. Həmçinin, hərbi 

spesifikasiyasının  tələblərinə  uyğun 

–  neft  karbohidrogenlərin  mikrobio-

loji  çevrilmələri  –  sintetik  efir  yağ-

larının  yeni  növlərinin  sintezi  həyata 

keçirilmişdi.  Bundan  əlavə,  nefti 

oksidləşdirən  mikroorqanizmlərin  fi-

zioloji fəaliyyətinin istifadəsi əsasında 

layların  hasilatının  artırılması  üçun 

biotexnologiya  işlənib  hazırlanmışdı. 

Bu üsul Abşeronun bir sıra neft yataq-

larında tətbiq edilmişdir. 

Məhərrəm  Məmmədyarov  –  250-

dən çox çap olunmuş elmi işin, 39 pa-

tent  və  müəlliflik  şəhadətnəməsinin, 

3  monoqrafiyanın  müəllifidir.  Onun 

rəhbərliyi altında 14 elmlər namizədi 

və bir elmlər doktoru hazırlanmışdır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   359   360   361   362   363   364   365   366   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin