321
85
illiyi
Məsumə Məlikоva
1929
NOY
ABR
Məsumə Fazil qızı Məlikova 1929-
cu il noyabr ayının 22-də Bakıda ana-
dan olmuşdur.
1952-ci ildə ADU-nun (indiki BDU)
hüquq fakültəsini bitirmiş, 1953-cü
ildə M.V. Lomonosov adına MQU-nin
aspiranturasında təhsil almışdır.
1956-1958-ci illərdə Bakı Dövlət
Universitetinin Dövlət hüququ kafed-
rasında müəllim, 1958-1960-cı illərdə
baş müəllim 1960-1968-ci illərdə
həmin kafedrada dosent, 1968-ci ildən
hal-hazıra kimi Bakı Dövlət Universi-
tetinin Dövlət və hüquq nəzəriyyəsi və
tarixi kafedrasının müdiridir.
1958-ci ildə - “M.F.Axundovun
ictimai-siyasi baxışları” mövzusunda
namizədlik dissertasiyası, 1973-cü ildə
- “XIX əsrin II yarısı - XX əsrin baş-
lanğıcında Azərbaycan maarifçilərinin
siyasi və hüquqi baxışları” mövzusun-
da doktorluq dissertasiyası müdafiə
edərək hüquq elmləri doktoru elmi adı
almışdır.
1974-cü ildə professor elmi adı al-
mış, 1989-cu ildən AMEA-nın müxbir
üzvüdür.
Tədqiqatı Azərbaycan maarif-
çiliyində siyasi və hüquqi ideologiya
tarixinin öyrənilməsinə həsr olunmuş-
dur. Qədim “Avesta”dakı hüquqi və
siyasi ideyaları araşdırmış, dövlət for-
malarının və qanunların elmi təhlilini
vermişdir.
Beynəlxalq seminar, simpozium
və konfranslarda nümayəndə kimi
1976-cı ildə Şotlandiya-İngiltərə -
Beynəlxalq Siyasi Elmlər Assosiasi-
yasının X konqresinin, 1986-cı ildə
ABŞ-Kanada - Sovet hüquqşünasları-
nın xüsusi qrup iştirakçısı, 1991-ci il -
Türkiyə, Azərbaycan Respublikasının
qadınlar Cəmiyyətinin nümayəndəsi
kimi iştirak etmişdir.
1978-1995-ci illərdə Azərbaycan
Konstitusiyasının hazırlığı üzrə Kons-
titusiya komissiyasının üzvü olmuş-
dur. 200-ə qədər monoqrafiya, dərslik,
kitabça, elmi məqalələrin müəllifidir.
Xidmətlərinə görə 1969-cu ildə
“Azərbaycan SSR Əməkdar hüquq-
şünası” fəxri adına layiq görülmüş,
1976-cı ildə “Şərəf nişanı”, 2000-ci
ildə “Şöhrət” ordeni ilə təltif edilmiş-
dir.
Dostları ilə paylaş: