Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə399/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   395   396   397   398   399   400   401   402   ...   507
20

20

10

26

Ə d ə b i y y a t

Hamıdan ucadır alimin yeri: 

Məqalələr. Müsahibələr. Rəylər 

[Mətn] /G.Baxşəliyeva; red. 

M.Məhəmmədi.- Bakı: Nurlan, 

2003.-322 s. 

Baxşəliyeva, G. İlahi eşq das-

tanları [Mətn] /G.Baxşəliyeva; 

red. M.Məhəmmədi.-Bakı: 

Maarif, 2001.-380 s. 

Gövhər Ağabala qızı 

Baxşəliyeva [Mətn]                  

//Azərbaycanda kim kimdir: 

ensiklopedik məlumat kitabı.-

Bakı, 2010.- S.27.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.science.gov.az

60 

illiyi

Dövlət xadimi


323

Riyaziyyat.Fizika.Astronomiya

80 

illiyi

Arif  Babayev  

1934-1998  

NOY

ABR

Arif Əliheydər oğlu Babayev 1934-

cü il noyabr ayının 11-də Bakı şəhərində 

anadan olmuşdur.

1952-ci  ildə  orta  məktəbi  qızıl  me-

dalla bitirərək Azərbaycan Dövlət Uni-

versitetinin  (BDU)  fizika-riyaziyyat 

fakültəsinin riyaziyyat bölməsinə daxil 

olmuş və 1957-ci ildə oranı bitirmişdır. 

Həmin  ildən  universitetdə  fəaliyyətə 

başlamışdır;  1965-1979-cu  illərdə  Ri-

yazi  analiz  kafedrasının  müdiri,  1979-

1994-cü  illərdə  mexanika-riyaziyyat 

fakültəsinin dekanı olmuşdur. 

1957-ci ildə Funksiyalar   nəzəriyyəsi 

və funksional analiz kafedrasının aspi-

rantı  olmuşdur. Arif  Babayev  aspiran-

turada  oxuyarkən  qeyri-xətti  sinqul-

yar  inteqral  tənliklərin  həllinin  varlığı 

və  yeganəliyi  haqqında  bir  sıra  yeni 

teoremlər isbat etmişdir. 

Görkəmli  alim  1960-cı  ildə  aka-

demik  Ə.İ.Hüseynovun  rəhbərliyi  ilə 

namizədlik dissertasiyasını müdafiə et-

mişdir.

A.Ə.Babayev  qeyri-hamar  qapalı 

inteqrallama  əyrisi  üzrə  sinqulyar  in-

teqralı tədqiq etmiş və bu tədqiqatların 

xətti  və  qeyri-xətti  sinqulyar  inteq-

ral  tənliklərə  tətbiqlərini  vermişdir. 

Açıq  əyri  üzrə  Koşi  nüvəli  sinqulyar 

inteqral  operatorun  öyrənilməsi  üçün 

o,  yeni  metod  vermişdir  ki,  bu  me-

tod  əsasında  qeyri-xətti  sinqulyar  in-

teqral  tənliklərin  lokal  nəzəriyyəsi 

yaradılmışdır.  Bu  tədqiqatlar  onun 

1966-cı  ildə  müdafiə  etdiyi  doktorluq 

dissertasiyasının əsasını təşkil etmişdir. 

A.Ə.Babayevin  rəhbərlik  etdiyi  Bakı 

Dövlət  Universitetinin  Riyazi  analiz 

kafedrasında onun bilavasitə iştirakı və 

rəhbərliyi  altında  qeyri-xətti  sinqulyar 

inteqral tənliklərin lokal nəzəriyyəsi, bu 

tənliklərin təqribi həlli metodları, oblast 

üzrə  çoxölçülü  sinqulyar  inteqral  ope-

ratorlar və tənliklərin lokal nəzəriyyəsi 

və onun funksional fəzaların daxilolma 

teoremlərinə tətbiqləri, təbiətşünaslığın 

müxtəlif  sahələrində  tətbiq  olunan 

qeyri-xətti sinqulyar inteqral tənliklərin 

tədqiqi sahələrində bir sıra fundamental 

nəticələr alınmışdır.

60-a  yaxın  elmi  əsərin  müəllifidir.

Yüksəkixtisaslı  kadrların  hazırlanma-

sında xidmətləri var.

A.Ə.Babayevin 

rəhbərliyi 

al-


tında  40-dan  çox  namizədlik  dis-

sertasiyası  müdafiə  olunmuş,  onun 

tələbələri V.V.Salayev, R.S.Sadırxanov, 

S.K.Abdullayev, 

B.İ.Musayev, 

E.Q.Hüseynov, 

V.S.Quliyev, 

R.M.Rzayev elmlər doktoru olmuşlar.

Uzun müddət ərzində A.Ə.Babayevin 

elmi  dərəcələr  verən  Elmi  Şurala-

rın  üzvü,  Bakı  Dövlət  Universitetinin 

mexanika-riyaziyyat fakültəsinin deka-

nı (1979-1994) kimi, Azərbaycan Res-

publikasının  Prezidenti  yanında AAK-

ın Riyaziyyat və mexanika üzrə Ekspert 

Şurasının sədri kimi uğurlu və hərtərəfli 

fəaliyyəti respublikada riyaziyyatın in-

kişafına böyük təsir göstərmişdir.

Elmin  və  xalq  təhsilinin  inkişa-

fında,  yüksəkixtisaslı  elmi  kadrlar 

hazırlanmasında  xidmətlərinə  görə 

A.Ə.Babayev  “Şərəf  Nişanı”  (1976) 

ordeni  və  Azərbaycan  Respublikası 

Ali Sovetinin Rəyasət Heyətinin Fəxri 

fərmanı  ilə  təltif  olunmuşdur.  1976-cı 

ildə o, AMEA-nın müxbir üzvü seçilmiş 

və ona “Əməkdar elm xadimi” (1992) 

fəxri adı verilmişdir.

Babayev Arif  Əliheydər oğlu 1998-

ci il iyun ayının 5-də Bakıda vəfat et-

mişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin