325
Alim
Texnika
NOY
ABR
20
Yusif Əmən oğlu Əmənzadə
1914-cü il noyabr ayının 18-də Bakı
şəhərində anadan olmuşdur.
Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft Aka-
demiyası) neft-mədən fakültəsini
fərqlənmə diplomu ilə bitirmiş və ins-
titutda assistent vəzifəsindən kafedra
müdiri vəzifəsinə qədər yüksəlmişdir.
1958-1960-cı illərdə Riyaziyyat
və Mexanika İnstitutunda Mexani-
ka, 1959-1972-ci illərdə Elastiklik
nəzəriyyəsi şöbələrinin rəhbəri, 1960-
1965-ci illərdə Az.NKİ-də Material-
lar müqaviməti kafedrasının müdiri
vəzifələrində işləmişdir.
1959-cu ildə fizika riyaziyyat
elmləri doktoru, 1961-ci ildə professor
elmi adı almışdır.
1960-cı ildən ömrünün axırına
qədər Bakı Dövlət Universitetində
Nəzəri mexanika kafedrasının müdiri
vəzifəsində çalışmışdır.
Yusif Əmənzadə 1968-ci ildə
Azərbaycan EA-nın müxbir üzvü se-
çilmişdir.
1972-ci ildə SSRİ-nin Mexanika
üzrə Milli komitəsinin üzvü olmuşdur.
Bakı Dövlət Universitetində deforma-
siya olunan bərk cisim mexanikasının
əsasını Azərbaycan EA-nın müxbir
üzvü Yusif Əmənzadə qoymuşdur.
Onun tədqiqatları əsasən hissə-hissə
bircins elastiki mühitdə gərginlik de-
formasiya vəziyyətinin tədqiqi və elas-
tiklik nəzəriyyəsinin kontakt məsələləri
ətrafında toplanmışdır.
Y.Ə. Əmənzadə, N.İ. Musxelişvili və
D.İ.Şermanla birlikdə məsələlərin həlli
prosesində xətti cəbri tənliklərin sonsuz
sistemlərinin kvazitəkrarlanmasını sü-
but edən ilk azərbaycanlı alim olmuş-
dur. Onun tərəfindən boşluğa malik ti-
rin əyilmə mərkəzinin koordinatları bir
burulma funksiyası vasitəsi ilə veril-
mişdir. Boşluğa malik yarımmüstəviyə
ştampın təsiri məsələsi onun tərəfindən
qoyulmuş və həll edilmişdir. O,
sonlu
mühitdə çat məsələsinin analitik həlli
üsülunu vermiş və laylı müxtəlif cinsli
elastiki cisimlər üçün analitik həll üsu-
lunu inkişaf etdirmişdir.
Yusif
Əmənzadə
“Elastiklik
nəzəriyyəsi” (rus və ingilis dillərində),
“Nazik elastik örtüklər nəzəriyyəsi
üzrə ümumi kurs”, “Elastiklik
nəzəriyyəsinin hamarlılıq məsələsi”
dərsliklərinin müəllifi və həmçinin,
“SSRİ-də elastiklik nəzəriyyəsinin
əlaqə məsələlərinin həlli” monoqrafi-
yasının həmmüəllifidur. 150-dan çox
elmi məqalə çap etdirmişdir. Görkəmli
alim 40-dan çox elmlər namizədi və 5
elmlər doktoru yetişdirmişdir.
Yusif Əmən oğlu Əmənzadə 1982-
ci ildə vəfat etmişdir.
Dostları ilə paylaş: