Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə403/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   399   400   401   402   403   404   405   406   ...   507
Ə d ə b i y y a t

Əhmədov, S. 

Azərbaycan Respubli-

kasının Dövlət Bayrağı 

[Mətn] /S.Əhmədov, 

V.Məmmədov; elmi 

red. və ön sözün müəl. 

N.Vəlixanlı.- Bakı: Mega 

basım, 2010.- 153 s.

Əroğul, Ə. Azərbaycan 

bayrağı [Mətn] 

/Ə.Əroğlu //Respublika 

.-2011.- 1 yanvar.- S. 2.

Mirzəbəyli, E. Bir 

Millət - Bir Bayraq! 

[Mətn] /E.Mirzəbəyli                  

//Xalq cəbhəsi -2010.- 4 

noyabr.- S.3.

Turan, A. Azərbaycan 

bayrağında Ay-ulduz 

[Mətn] /A.Turan            

//Türküstan.- 2013.- 21-

27 iyul.- S.9.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www.gov.az

www.mct.gov.az

9


327

Tarixdə bu gün

Kоnstitusiya Günü

 1995

NOY

ABR

Azərbaycan Respublikasının 1995-

ci ildə qəbul olunmuş Konstitusiyası, 

müstəqil Azərbaycanın ilk Konstitusi-

yası idi. 

Məlum  olduğu  kimi,  1918-1920-

ci  illərdə  23  ay  mövcud    olmuş 

Azərbaycan  Xalq  Cümhuriyyəti, 

dövlətin  əsas  Qanununu  qəbul  edə 

bilməmişdi.  Beləliklə,  Azərbaycan 

Respublikasının  Konstitusiya  qu-

ruluşunun  tarixi  əsasən  SSRİ-nin 

tərkibində olduğu dövrə düşmüşdür.

Azərbaycanın  birinci  Konstitu-

siyası  1921-ci  il  may  ayının  19-da  I 

Ümumazərbaycan  Sovetlər  qurulta-

yında  qəbul  edilmişdir.  Azərbaycan 

SSR Konstitusiyasının 1921-ci il SSR 

Konstitusiyasına uyğunlaşdırılmış yeni 

redaksiyası 1925-ci il martın 14-də IV 

Ümumazərbaycan  Sovetlər  qurulta-

yında  qəbul  olunmuşdur. Azərbaycan 

SSR-in 1978-ci il aprelin 21-də qəbul 

edilmiş son Konstitusiyası da əvvəlki 

Konstitusiyalar kimi SSRİ Konstitusi-

yasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan 

müstəqillik 

əldə 

etdikdən  sonra  yeni  Konstitusiyanın 



hazırlanması  zərurəti  yaranmış,  ulu 

öndər  Heydər  Əliyev  başda  olmaq-

la  xüsusi  komissiya  təşkil  edilmiş 

və  Konstitusiya  layihəsi  ümumxalq 

müzakirəsinə  verilmişdi.  1995-ci  il 

noyabr  ayının  12-də  ümumxalq  refe-

rendumu  ilə,  müstəqil  Azərbaycanın 

ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın  dövlət  qu-

ruculuğunun  əsaslarını  qoymuş  yeni 

Konstitusiya 5 bölmədən, 12 fəsildən 

və 158 maddədən ibarətdir.

2009-cu  il  martın  18-də  keçirilən 

referendumda isə Konstitusiyaya əlavə 

və dəyişikliklər qəbul olunmuşdur.

Ölkəmizdə  12  noyabr Azərbaycan 

Respublikasının  Konstitusiyası  Günü 

kimi qeyd olunur.

Konstitusiya  -  dövlətin  ali  qanu-

nudur,  ali  hüquqi  qüvvəyə  malikdir, 

dövlətin  siyasi,  hüquqi  və  iqtisadi 

sistemlərinin əsaslarını təsbit edir. 

Konstitusiyanın    yaranma  tarixinə 

nəzər  salsaq  görərik  ki,  dünyada 

Konstitusiya  ilk  dəfə  1215-ci  ildə  

İngiltərədə  təsbit  olunmuş,  ölkədə 

qəbul olunan Azadlıqların Böyük Top-

lusu  ilk  konstitusiya  aktı  sayılmışdır. 

İlk yazılı ali qanun isə ABŞ Konstitu-

siyasıdır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin