324
NOY
ABR
15
Kimya.Biologiya.Tibb
100
illiyi
İdris Axundzadə
1914-1999
NOY
ABR
İdris
Məmmədhüseyn
oğlu
Axundzadə 1914-cü il noyabr ayının 21-
də Tovuz rayonunda anadan olmuşdur.
1925-ci ildə ibtidai məktəbi, 1934-cü
ildə Azərbaycan Kənd Təsərrüfatı İnsti-
tutunu bitirmişdir. 1939-1942-ci illərdə
həmin institutda elmi işçi və kafedra
müdiri, 1942-1944-cü illərdə respublika
Torpaq Komissarlığında təhsil və elmi
tədqiqat müəssisələri idarəsinin mü-
diri, 1944-1951-ci illərdə Azərbaycan
Elmi Tədqiqat Çoxillik bitkilər İnsti-
tutunun direktoru, 1951-1956-cı illərdə
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun elmi bazasının müdiri,
1956-1960-cı illərdə Azərbaycan SSR
EA Genetika və Seleksiya İnstitutunun
direktoru işləmişdir.
Tədqiqatları subtropik və bir
sıra meyvə bitkilərin genefondu-
nun öyrənilməsi, introduksiya və
iqlimləşdirmə, Radiasiya genetika-
sı və s. sahələrdə olmuşdur. Bir sıra
xarici ölkələrdə subtropik bitkilərin
öyrənilməsi üzrə ekspedisiyaların işti-
rakçısı və rəhbəri, 1964-1978-ci illərdə
Əfqanıstanda meyvə plantasiyalarının
salınması layihəsinin müəllifi və rəhbəri
olmuşdur.
1964-cü ildə dissertasiya işini
müdafıə edərək biologiya elmləri dokto-
ru adına layiq görülmüşdür. Azərbaycan
EA müxbir üzvü, Əməkdar elm xadimi
idi.
İdris Axundzadənin genetika və se-
leksiya sahəsində fəaliyyəti böyük yer
tutur. Onun tədqiqatları nəticəsində
respublikada 60 fəsiləyə, 114 cinsə
və 369 növə aid subtropik bitkilərin
mövcudluğu
məlum
olmuşdur.
İ.M.Axundzadə müxtəlif elmi ekspedi-
siyaların tərkibində İranda, Yuqoslavi-
yada, Türkiyədə və İtaliyada çalışmış, o
yerlərdən yüzlərcə müxtəlif bitki sort-
ları gətirmişdir.
Görkəmli alimin elmi kadrların ha-
zırlanmasında böyük xidmətləri var.
O, uzun müddət Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunda və Azərbaycan
Dövlət Universitetində meyvəçilik,
subtropik bitkiçilik, genetika və selek-
siya fənlərindən dərs demiş, 30 nəfər
elmlər namizədi və bir nəfər elmlər
doktoru hazırlamışdır.
İdris Axundzadə botanika, genetika
və bağçılıq üzrə Kanada, ABŞ, Yaponi-
ya, Çexoslovakiya və Polşada keçirilən
beynəlxalq konqreslərdə fəal iştirak et-
mişdir.
O, 250-dən çox elmi əsərin, o
cümlədən 6 monoqrafıya, 5 kitabça,
3 aqronomik göstəriş və bir dərsliyin
müəllifidir. Xidmətlərinə görə “Qırmızı
Əmək Bayrağı” və Əfqanıstanın “Ul-
duz” ordenləri ilə təltif edilmişdir.
Professor İdris Axundzadə 1999-
cu il iyun ayının 15-də Bakı şəhərində
vəfat etmişdir.
Dostları ilə paylaş: