Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə408/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   404   405   406   407   408   409   410   411   ...   507
18

Ə d ə b i y y a t

İsmayılqızı, İ. Bakı 

-Tbilisi-Ceyhan müasir 

dövrün əfsanəsi, dost-

luq, qardaşlıq kəməridir 

“Əsrin müqaviləsi” - 16 

[Mətn] /İ.İsmayılqızı //İki 

sahil.- 2010.-25 avqust.- 

S.3.

Həmidov, H. Bakı-Tbilisi 

-Ceyhan boru kəməri 

İpək yolunun davamı, 

türk dünyasının geostra-

teji maraqlarının təmin 

olunmasının politoloji 

aspektləri kontekstində 

[Mətn] /H.Həmidov          

//Heydər Əliyev adına 

Bakı-Tbilisi-Ceyhan 

neft kəməri: biblioqrafık 

göstərici; M.F.Axundov 

adına Azərbaycan Milli 

Kitabxanası.- Bakı, 2009.

İ n t e r n e t d ə

www.anl.az

www.azertag.com

www.files.preslib.az

15 

ili


330

Tarixdə bu gün

Qarakənd faciəsi 

1991

NOY

ABR

Qarakənd  faciəsi  və  ya  20  noyabr  faciəsi  - 

1991-ci  il  20  noyabrda  Xocavənd  rayonunun 

Qarakənd  kəndinin  yaxınlığında,  Ağdam  rayo-

nunun Mərzili kəndi ərazisində hərbi vertolyotun 

erməni  quldurları  tərəfindən  vurulduğu  gündür. 

Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan 

Mİ-8  N72  vertolyotu  1991-ci  il  noyabrın  20-də 

saat 14:42 radələrində vurulmuşdu. Faciə haqqın-

da ilkin məlumat Prezident Aparatına saat 19:55-

də çatmış, lakin nə qədər maraqlı olsa da bu faciə 

haqqında xəbər Xankəndindən erməni dilində ya-

yımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər 

bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin 

gün  bu  məlumatı  saat  16:15-də  Tehran  radiosu, 

17:00-da Moskva radiosu açıqlamışdı.

1991-ci  il  noyabr  ayının  20-də  Xocavənd  ra-

yonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 

hərbi  helikopterinin  erməni  silahlıları  tərəfindən 

atəşə  tutulması  nəticəsində  heyət  və  sərnişinlər 

–  Azərbaycanın  görkəmli  dövlət  və  hökumət 

nümayəndələri,  Rusiya  və  Qazaxıstandan  olan 

müşahidəçilər  –  dövlət  katibi  Tofiq  Kazım  oğlu 

İsmayılov,  Baş  prokuror  İsmət  İsmayıl  oğlu  Qa-

yıbov,  dövlət  müşaviri  Məhəmməd  Nəbi  oğlu 

Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Ha-

cıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli 

Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Apara-

tının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, 

nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, 

DQMV  prokuroru  İqor  Aleksandroviç  Plavski, 

DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vla-

dimiroviç  Kovalyov,  Dağlıq  Qarabağ  üzrə  milli 

təhlükəsizlik  şöbəsinin  rəisi  Sergey  Semyonoviç 

İvanov, fövqəladə vəziyyət rayonunun komendan-

tı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili 

işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, 

milis  general-mayoru  Mixail  Dmitriyeviç  Luka-

şov,  polkovnik-leytenant  Oleq  Nikoloyeviç  Ko-

çerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd 

oğlu  Məmmədov,  telejurnalist  Alı  Mustafa  oğlu 

Mustafayev, AzTV-nin  işıqçısı Arif  İsmayıl  oğlu 

Hüseynzadə,  videooperator  Fəxrəddin  İbrahim 

oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vya-

çeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi 

Vladimiroviç Domov, Dmitri Borisoviç Yaroven-

ko həlak olmuşlar.

Əvvəlcə  rəsmi  olaraq  helikopterin  dumana 

düşərək  qayaya  çırpılması  ehtimalı  irəli  sürülsə 

də,  bir  neçə  gündən  sonra  onun  vurulması  faktı 

təsdiqlənmişdi.

Üstündən  iyirmi  iki  il  keçməsinə  baxmaya-

raq,  hadisə  ilə  bağlı  bir  sıra  qaranlıq  məqamlara 

bu günə qədər aydınlıq gətirilməmişdir. Məsələn, 

nə  üçün  bu  qədər  dövlət  rəsmisi  eyni  zamanda 

bir  helikopterdə  toplanmışdır?  Nə  üçün  döyüş 

zonasında  mühafizə  üçün  onu  hərbi  helikopter 

müşayiət  etməmişdir?  Uçuşun  dəqiq  marşrutu-

nu  ermənilər  haradan  bilmişdir? Yeri  gəlmişkən, 

həmin  məlumata  yalnız  Qarabağda  sovet  silahlı 

qüvvələrinin  komandanlığı  malik  olmuşdu.  He-

likopterin  vurulduğu  raketin  mənbəyi  də  məlum 

deyil. Qarabağda o zaman ən çox istifadə edilən 

silah  təyyarəvuran  zenit  raketləri  və  eyninövlü 

“Alazan” raketləri idi. İstilik raketlərindən istifadə 

edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və 

zədəsiz qalan qara qutudakı lentin “yanması” da 

qaranlıq məsələ olaraq qalmışdır.

Bu terror aktı ilə erməni separatçıları özlərinin 

terrorçu  mahiyyətini  bir  daha  sübut  etmişdilər. 

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qar-

nizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, 

istintaqın  aparılması  Respublika  Prokurorluğuna 

verilmişdir.  Hazırda  isə  cinayət  işi  üzrə  istintaq 

dayandırılmış və buna səbəb terror aktının baş ver-

diyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı 

altında olmasıdır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin