332
Tarixdə bu gün
Sumqayıt şəhəri
1949
NOY
ABR
Azərbaycan Respublikasının üçüncü
böyük şəhəri olan Sumqayıt, Abşeron
yarımadasının şimal-qərb sahillərində,
Bakıdan 35 km məsafədə yerləşir.
Sumqayıtın ərazisi 96 kvadrat kilo-
metr, əhalisinin sayı 406.100 nəfərdir.
Şəhərdə azərbaycanlılar, ruslar, ləzgilər,
ukraynalılar, talışlar, tatarlar, tatlar və
ermənilər yaşayır.
Tarixi sənədlərdə Sumqayıtın adı ilk
dəfə 1580-ci ildə ingilis səyyahı X.Berou
tərəfindən çəkilir. 1858-ci ildə fransız
yazıçısı A.Dümanın “Qafqaz səyahəti”
adlı kitabında Sumqayıt adlı poçt stan-
siyasından bəhs edilir. Şəhərin Qərb və
Şərqində müvafiq olaraq “Hacı Zeyna-
labdin Tağıyev” (əvvəllər “Nasosnaya”)
və “Corat” adlı iki qədim qəsəbə vardır.
1935-ci ildə SSRİ Xalq Ağır
Sənaye Komissarlığının azərbaycanlı
mütəxəssislərin iştirakı ilə keçirilmiş
kollegiya iclasında Abşeron yarıma-
dasında sənaye müəssisələri və istilik-
elektrik mərkəzi tikilməsi üçün yer
seçilməsi barədə qərar qəbul edilmişdir.
Bundan bir müddət sonra yeni sənaye
şəhərinin salınması üçün Abşeronun
şimal-qərbində Bakıdan 30-35 km
məsafədə Sumqayıt dəmiryol stansiyası
yaxınlığındakı ərazi seçilmişdi.
Şəhərin təməli 1939-cu ildə sənaye
obyektləri inşa edilməsi ilə qoyulmuş-
dur, lakin Böyük Vətən müharibəsi bu
planların həyata keçirilməsini bir neçə il
təxirə salmışdı. 1949-cu il noyabr ayı-
nın 22-də Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin qərarı ilə Sumqa-
yıta şəhər statusu verilmişdi. Qafqaz-
da istehsal edilən neft-kimya sənayesi
məhsullarının, sintetik kauçukun, qeyri-
üzvi gübrələrin, müxtəlif kimyəvi prepa-
ratların və yuyucu vasitələrin 40 faizdən
çoxu Sumqayıtda istehsal edilirdi.
1953-cü il oktyabr ayının 23-də
Sumqayıt Boru prokat zavodunun mar-
ten sexində ilk dəfə polad əridilmişdi.
1955-ci il martın 8-də Zaqafqaziyada ilk
metallurgiya zavodu olan Sumqayıt alü-
minium zavodu özünün ilk məhsulunu
vermişdir. 1960-cı ildə Sumqayıtda Av-
ropada ən böyük neft-kimya kombinatı-
nın tikintisi başlanmışdır.
1969-cu
ildən
Sumqayıtda
H.Ərəblinski adına Musiqili Dövlət
Dram Teatrı fəaliyyət göstərir. Burada 47
ümumtəhsil məktəbi, 2 internat-məktəb,
1 lisey, 4 texniki peşə məktəbi, 57
məktəbəqədər müəssisə, 8 mədəniyyət
evi, 6 şəhər klubu, 20 dövlət kitabxa-
nası, 5 musiqi məktəbi, 4 orta ixtisas
məktəbi, 1 rəsm qalereyası, 4 kinoteatr,
1 Tarix muzeyi, 1 mehmanxana var.
Şəhərdə Sumqayıt Dövlət Universi-
teti, Müəllimləri Təkmilləşdirmə İnsti-
tutunun Sumqayıt filialı, Texniki Kollec,
Tibb məktəbi, Musiqi Texnikumu, Pe-
daqoji seminariya və musiqi məktəbləri
fəaliyyət göstərir.
Bu gün Sumqayıt unikal infrastruktur,
neft-kimya və sənaye komplekslərinə
malik olan, sürətlə inkişaf edən
şəhərdir.
Dostları ilə paylaş: