Kbt я25 uot (059) Baş redaktor


Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə407/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   403   404   405   406   407   408   409   410   ...   507
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru 

kəmərinə dair dövlətlərarası saziş 

1999 

 

NOY

ABR

1999-cu il noyabr  ayının 18-də   İstan-

bulda keçirilən ATƏT-in zirvə toplantı-

sı çərçivəsində xam neftin Azərbaycan, 

Gürcüstan  və  Türkiyə  respublikaları-

nın  əraziləri  ilə  Bakı-Tbilisi-Ceyhan 

əsas  ixrac  boru  kəməri  vasitəsilə  nəql 

edilməsinə dair Saziş imzalanmışdır. 

Sazişi  Prezidentlər  Heydər  Əliyev, 

Eduard  Şevardnadze  və  Süleyman 

Dəmirəl imzalamışdılar. 

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru 

kəmərinin layihəsini dəstəkləmək, Qa-

zaxıstanın neft həcmlərini bu layihəyə 

cəlb  etmək  üçün  ABŞ-ın  şahidliyi  ilə 

Azərbaycan  Respublikası,  Türkiyə 

Respublikası,  Gürcüstan  və  Qazaxıs-

tan  Respublikaları  arasında  “İstanbul 

bəyannaməsi”ni Prezidentlər Bill Klin-

ton, Heydər Əliyev, Süleyman Dəmirəl, 

Eduard Şevardnadze və Nursultan Na-

zarbayev imzalamışdılar.

Bu  prosesin  məntiqi  davamı 

kimi  2002-ci  il  sentyabr  ayının  18-

də  Səngəçalda  Bakı-Tbilisi-Ceyhan 

kəmərinin 

inşasına 

başlanmış-

dır.  Mərasimdə  üç  dövlət  başçısı  - 

Azərbaycan Prezidenti Heydər Əliyev, 

Gürcüstan  Prezidenti  Eduard  Şevard-

nadze  və  Türkiyə  Prezidenti  Əhməd 

Necdət  Sezər  və  ABŞ  Prezidentinin 

Xəzər regionu üzrə xüsusi nümayəndəsi 

Stiven  Mənn  iştirak  etmişlər.  Bu-

nunla  da  ümummilli  lider  Heydər 

Əliyevin  müəllifi  olduğu  “Yeni  neft 

strategiyası”nın ən mühüm uğuru olan 

Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş-

dir.


Azərbaycan  nefti  Ceyhan  limanına 

2006-cı il mayın 28-də çatmış və iyulun 

4-də neftlə yüklənmiş ilk tanker bura-

dan dünya bazarlarına yola salınmışdır. 

Türkiyənin Ceyhan şəhərində XXI əsrin 

ən  böyük  enerji  layihəsi  olan  Heydər 

Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas 

ixrac  boru  kəmərinin  təntənəli  açılış 

mərasimi  2006-cı  il  iyul  ayının  13-də 

keçirilmişdir.

Bakı-Tbilisi-Ceyhan  neft  kəməri 

misilsiz  əhəmiyyətə  malik  olan  tari-

xi  hadisədir.  Bu  kəmərin  təkcə  iqtisa-

di  yox,  həm  də  siyasi  əhəmiyyəti  də 

vardır.  “Əsrin  müqaviləsi”ndən  sonra 

Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru 

kəmərinin  çəkilişinə  həyat  vəsiqəsi 

verilməsi Heydər Əliyev diplomatiyası-

nın və yeni neft strategiyasının mühüm 

qələbəsi idi.

Hazırda  Azərbaycan  Respublikası-

nın Prezidenti İlham Əliyev tərəfindən 

uğurla  davam  etdirilən  neft  strategi-

yası  xalqımızın  bugünü  və  gələcəyi 

üçün  möhkəm  təməl  və  firavanlıq 

mənbəyidir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin