Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə423/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   419   420   421   422   423   424   425   426   ...   507
Ə d ə b i y y a t

Ürək bir, dilək bir [Mətn] /Dilarə Əliyeva.- Bakı: Yazıçı, 1981.- 217 s.

Əliyеva Dilarə Ələkbər qızı [Mətn] //XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı.- Bakı, 2004.-

S.175.

Vəzir, M. Dilarə Əliyeva [Mətn] //Mehriban Vəzir. Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar /Rasional İnkişaf 

uğrunda Qadınlar Cəmiyyəti (RİQC).- Bakı, 2008.-S.67-68.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.kataloq.net

14

Ədəbiyyatşünas


343

Şair

Milli ədəbiyyat  

80

illiyi

Tоfiq Bayram  

1934-1991 

DEKABR

Tоfiq Qulam oğlu Bayramоv (Tоfiq 

Bayram)  1934-cü il dekabr ayının 16-

da

 



Bakının  Əmircan kəndində anadan 

olmuşdur. 

1954-1959-cu  illərdə  orta  məktəbi 

bitirdikdən sonra APİ-nin tarix fakül-

təsində  təhsil  almışdır.  1959-1960-cı 

illərdə əmək fəaliyyətinə “Azərbaycan 

müəllimi”  qəzeti  redaksiyasında  şöbə 

müdiri kimi başlamışdır. 1960-1961-ci 

illərdə  Azərbaycan  Dövlət  Televiziya 

və Radio Verilişləri Komitəsində ədəbi 

işçi,  1961-1964-cü  illərdə  M.F.Axun-

dov adına Dövlət Opera və Balet Teat-

rında ədəbi hissə müdiri, 1964-1968-ci 

illərdə  “Ulduz”  jurnalı  redaksiyasın-

da,  1968-1978-ci  illərdə  “Ədəbiyyat 

və  incəsənət”  qəzeti  redaksiyasında 

şöbə  müdiri,  1978-ci  illərdə  “Yazıçı” 

nəşriyyatında  baş  redaktor  müavini 

işləmişdir. 

Tofiq 


Bayram 

yaradıcılığın-

da  tərcümə  xüsusi  yer  tutmuşdur. 

Şair  A.Tvardovskinin  “Üfüqlərdən-

üfüqlərə”, 

“Yaddaşın 

hökmü”,  

“Ürəkdən-ürəyə”,  “Durnalar”  və 

“Dostları  qoruyun”  şeir  kitablarını, 

Puşkinin  “Mosart  və  Salyeri”,  Anna 

Axmatovanın “Rekviyem” poemaları-

nı və ispan dramaturqu Lore de Veqa-

nın “Hiyləgər məşuqə” əsərini ustalıq-

la Azərbaycan dilinə tərcümə etmişdir. 

Tofiq  Bayramın  xidmətləri  dövlət 

tərəfindən yüksək qiymətləndirilmişdir. 

O,  “Əməkdar  incəsənət  xadimi” 

(1984)  fəxri  adına  layiq  görülmüş, 

tərcüməçilik  sahəsindəki  fəaliyyətinə 

görə Dövlət mükafatı ilə təltif edilmiş-

dir.

Tofiq  Bayramın  müxtəlif  illərdə 



nəşr etdirdiyi “Ana təbəssümü” (1961), 

“Mənim şair xalqım” (1963), “Sizi dü-

şünürəm”  (1964),  “Azərbaycan  dün-

ya  gəzir”  (1965),  “İnamım,  əqidəm” 

(1969),  “Gərək  elə  yanım”  (1971), 

“Azərbaycan deyəndə” (1974), “Ürək-

dən ürəyə” (qardaş xalqlar poeziyası) 

(1975),  “Səninlə  görüşəndə”  (1977), 

“Əsrin  oyunu”  (şeirlər  və  poema-

lar  (1979),  “Könlümdə  yaşayanlar” 

(1980),  “Məsləkim,  silahım”  (1984), 

“Ay gecikən məhəbbətim” (1987) və s. 

kitablarına hər bir Azərbaycan ziyalısı-

nın evində rast gəlmək olar.

Tofiq Bayram 1991-ci il aprel ayı-

nın 18-da vəfat etmiş, doğma kəndində 

dəfn olunmuşdur.

Ümummilli  lider  Heydər  Əliyevin 

təşəbbüsü  ilə  Əmircan  kəndində 

istirahət  parkına  onun  adı  verilmiş 

və  burada  şairin  əzəmətli  büstü  qo-

yulmuşdur.  Parkın  açılışında  şəxsən 

iştirak  edən,  ədəbiyyatımızın  böyük 

qayğıkeşi  Heydər  Əliyev  şairin  ya-

radıcılığına  yüksək  qiymət  verdiyini 

bir  daha  bildirmişdir:  “…Bəli,  Tan-

rının  ona  bəxş  etdiyi  mənalı  ömrünü 

başa  vurub,  şeirləri  qəlblərində  kök 

salmış olan insanlardan həmişəlik ay-

rıldı  Tofiq  Bayram.  Lakin  sağlığında 

əbədilik qazandığı üçün silinib getmir 

xatirələrdən...”




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   419   420   421   422   423   424   425   426   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin