Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə429/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   425   426   427   428   429   430   431   432   ...   507
İ n t e r n e t d ə

www.anl.az

25


347

Ədəbiyyatşünas

Milli ədəbiyyat  

60

illiyi

Nizaməddin Şəmsizadə   

1954 

DEKABR

Nizaməddin  Şəmsəddin  oğlu  

Şəmsizadə  1954-cü  il  dekabr  ayının 

30-da Quba bölgəsinin İspik kəndində 

anadan olmuşdur.

1977-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetinin  (indiki  BDU)  filo-

logiya  fakültəsini  bitirmişdir.  1978-

1990-cı  illərdə  AMEA-nın  Nizami 

adına  Ədəbiyyat  İnstitutunda  baş  la-

borant (1978), kiçik elmi işçi (1981), 

baş  elmi  işçi  (1986)  kimi  fəaliyyət 

göstərmişdir. 1982-ci ildə namizədlik, 

1990-cı ildə doktorluq dissertasiyala-

rını müdafiə etmişdir.

1985-ci  ildən  SSRİ  Yazıçılar  İtti-

faqının (indiki AYB) üzvüdür.1990-cı 

ildən Azərbaycan Dövlət Mədəniyyət 

və  İncəsənət  Universitetində  elmi 

pedaqoji  fəaliyyətini  davam  etdirib: 

müsabiqə yolu ilə baş müəllim (1990), 

dosent (1991), professor (1992) seçi-

lib.  1991-ci  ildən  2006-cı  ilin  sent-

yabr ayınadək “Ədəbiyyat və dillər”, 

“Ədəbiyyat  və  Azərbaycan  dili”  və 

“Ədəbi  yaradıcılıq”  kafedralarının 

müdiri vəzifəsində işləyib.

2002-ci ildə Tiflisdə Qafqaz Xalq-

ları  Elmlər  Akademiyasının  həqiqi 

üzvü  seçilib.  Elmi  xidmətlərinə  görə 

(2003)  akademik  Y.Məmmədəliyev 

mükafatının laureatıdır.

“Ədəbi  mübahisələr”  (1986), 

“Azərbaycan  ideologiyası”  (1996), 

“Azərbaycan 

ədəbiyyatşünaslığı” 

(1997), “Türk təfəkkürü məcrasında” 

(1998),  “Hıçqıran  gülüşlər”  (2002), 

“Əli  Nazim”  (2003),  “Rejissor  tale-

yi” (2004), “Tənqidin ədəbi prosesdə 

rolu”  (2004),  “Böyük  nəslin  da-

vamçısı”  (2005),  “Azərbaycançılıq” 

(2006), “Ədəbi proses və ədəbi nəsil” 

(2008)  kimi  monoqrafiyaların,  “Bür-

kü” (2003) hekayələr, “Tüstü” (2007) 

hekayələr və şeirlər kitablarının, 200-

dən çox ədəbi-tənqidi, elmi-nəzəri və 

publisistik məqalənin müəllifidir.

Nizaməddin  Şəmsizadənin  yara-

dıcılığı  haqqında  50-dən  artıq  elmi 

məqalə  və  professor  Ş.Vəliyevin 

“Azərbaycanşünas  alim”  (2004)  mo-

noqrafiyası çap olunub.

20-30-cu  illər  tənqidin  ilk  sis-

temli 

öyrənilməsi, 



Azərbaycan 

ədəbiyyatşünaslığının min illik tarixi və 

mərhələlərinin ilk monoqrafik tədqiqi, 

çoxəsrlik  gülüş  mədəniyyətimizin 

araşdırılması,  Xalq  Cümhuriyyətinin 

tarixini  öyrənmək,  H.Z.Tağıyevin  ta-

rixi haqqını bərpa etmək ideyası pro-

fessor  Nizaməddin Şəmsizadənin adı 

ilə bağlıdır.

O, 


milli 

ideologiyamız 

azərbaycançılıq nəzəriyyəsi haqqında 



ilk  kitabın  müəllifidir.  Nizami  adına 

Ədəbiyyat  İnstitutunun  Elmi  Şurası-

nın  BDU-nun  nəzdində  dissertasiya 

Şurasının  üzvü,  “Yaddaş”  Milli  Mü-

kafatlar komissiyasının sədridir.

2007-ci ilin fevral ayından AMEA-

nın Nizamı adına Ədəbiyyat İnstitutu-

nun  Ədəbiyyat  nəzəriyyəsi  şöbəsinin 

müdiridir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin