Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə432/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   428   429   430   431   432   433   434   435   ...   507
27

16

Ə d ə b i y y a t

İbrahim Zeynalov: 

Heykəltəraş [Mətn]: 

albom-monoqrafiya           

/mətnin müəl. 

C.Novruzova; fotolar 

A.Xmelevskiy.- Bakı, 

1998.-76 s.

Sabutay. İbrahim Zey-

nalov son mənzilə yola 

salındı [Mətn] /Sabutay 

//Mədəniyyət .-2008.- 7 

mart.- S. 4.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

80 

illiyi


350

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

85 

illiyi

Kamil Nəcəfzadə 

1929-2011 

DEKABR

Kamil Nəcəf oğlu Nəcəfzadə 1929-

cu  il  dekabr  ayının  29-da  Lənkəran 

şəhərində  anadan  olmuşdur.  1948-ci 

ildə Əzim Əzimzadə adına Rəssamlıq 

Məktəbini  bitirərək,  təhsilini  Mosk-

vada  Kinematoqrafiya  İnstitutun-

da  davam  etdirmişdir.  1955-ci  ildən 

“Azərbaycanfilm” 

kinostudiyasın-

da  quruluşçu  rəssam  kimi  fəaliyyətə 

başlamışdır.  O,  Azərbaycan  kinosu-

nun  korifeyləri  olan  H.Seyidbəyli, 

Ə.İbrahimov,  R.Ocaqov,  T.Tağızadə, 

A.Babayev kimi rejissorlarla işləmiş və 

onların  filmlərində  quruluşçu  rəssam 

kimi çalışmışdır.

 “Ulduz”, “Ad günü”, “Mən ki, gözəl 

deyildim”,  “Bir  cənub  şəhərində”, 

“Bir  məhəlləli  iki  oğlan”,  “Atları 

yəhərləyin”, ümumiyyətlə, 40-a yaxın 

bədii, tammetrajlı filmlərə tərtibat ver-

mişdir.

Kamil Nəcəfzadə teatr rəssamı kimi 

Azərbaycan Dövlət Rus Dram Teatrın-

da  unudulmaz    şair  Səməd  Vurğunun 

“Fərhad  və  Şirin”,    Akademik  Mil-

li  Dram  Teatrında    “Kor”,  “Knyaz”, 

“Oqtay  Eloğlu”  və  başqa  əsərlərə 

hazırlanmış  tamaşalara  tərtibatlar 

vermişdir.  Natürmort,  portret,  süjet-

li  kompozisiya,  mənzərə  janrlarında 

da  uğurlar  qazanmışdır.  K.Nəcəfzadə 

dünyanın  əksər  ölkələrində  -  İtaliya-

da,  Türkiyədə,  Yunanıstanda,  Kana-

dada,  Rumıniyada,  Vyetnamda  yara-

dıcılıq  ezamiyyətlərində  olmuşdur. 

Onun  Fransa  silsiləsində  yaratdığı 

“Kavaredə”, “Kor musiqiçi” tabloları, 

demək olar ki, dünyanın əksər sərgi sa-

lonlarında nümayiş etdirilmişdir. 

Kamil müəllim portret janrında “Fü-

zuli”, “Şah İsmayıl Xətai”, “Şəhriyar”, 

“Səməd 


Vurğun”, 

“Nəriman 

Nərimanov”,  “Cəfər  Cabbarlı”,  “Əli 

Zeynalov”,  “Həsənağa  Turabov”  və 

başqa  portret  əsərləri  respublikamı-

zın və dünya muzeylərinin daimi eks-

ponatlarıdır.  Nəriman  Nərimanovun 

həyat və yaradıcılığına həsr etdiyi qra-

fik  təsvirlər,  “Azərbaycan”  adlı  akva-

rel silsiləsi, Cəfər Cabbarlının “Sevil” 

pyesinə, Mehdi Hüseynin “Komissar” 

povestinə, M.S.Ordubadinin “Döyüşən 

şəhər” romanına çəkdiyi illüstrasiyalar 

fırça  ustasının  uğurlu  yaradıcılığının 

sübutudur.

Onun 1990-cı il 20 Yanvar faciəsinə 

həsr  etdiyi  “Azərbaycan  harayı”  və 

“Tarix  bağışlamır”  əsərləri  dinindən, 

dilindən asılı olmayaraq görənləri sar-

sıdır,  həmin  müdhiş  gecədə  törədilən 

qanlı hadisələri göz önündə, xəyallarda 

canlandırır. 

O,  respublikamızda  və  xaricdə 

keçirilən bir çox rəssamlıq sərgilərinin 

iştirakçısı, 15 fərdi sərginin müəllifi ol-

muşdur.  O, Amerika Birləşmiş Ştatla-

rında - Vaşinqton şəhərində fərdi sərgisi 

açılan  ilk  azərbaycanlı  rəssamdır. 

Həmin  tədbirdə  ulu  öndər  Heydər 

Əliyev  də  iştirak  etmiş,  fırça  ustasına 

uğurlar  arzulamış,  ona  ürək  sözlərini 

bildirmişdi.

“Azərbaycanın Xalq rəssamı” fəxri 

adına, iki dəfə Dövlət mükafatına layiq 

görülmüş və “Şöhrət” ordeni ilə təltif 

olunmuş Kamil Nəcəfzadə Azərbaycan 

Kinematoqrafçılar 

İttifaqının 

və 

Rəssamlar İttifaqqının üzvü olmuşdur. 



Kamil Nəcəf oğlu Nəcəfzadə  2011-

ci il iyun ayının 29-da vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin