357
Mədəniyyət.Maarif. Elm
90
illiyi
Şirməmməd Hüseynov
1924
DEKABR
Şirməmməd Ağaməmməd oğlu
Hüseynov 1924-cü il dekabr ayının
17-də Şəkidə anadan olmuşdur.
Şəki şəhərindəki Mirzə Fətəli
Axundov adına 2 saylı orta məktəbi
bitirmişdir.
1941-1943-cü illərdə Şəki ikiil-
lik Müəllimlər İnstitutunun fizika-
riyaziyyat fakültəsində oxumuşdur.
Bir müddət Zaqatalanın Varxian,
Şəkinin Aşağı Göynük, Oxut kənd
orta məktəblərində fizika-riyaziyyat
müəllimi, “Nuxa fəhləsi” qəzetində
ədəbi işçi işləmişdir.
1945-1950-ci illərdə Azərbaycan
Dövlət Universitetinin filologiya
fakültəsinin jurnalistika şöbəsində
təhsil almışdır. Universitetin “Lenin
tərbiyəsi uğrunda” qəzetində redak-
tor müavini, daha sonra “Azərbaycan
müəllimi” qəzetində şöbə müdiri
işləmişdir.
1950-1954-cü illərdə M.V.Lomono-
sov adına Moskva Dövlət Universite-
tinin jurnalistika fakültəsinin aspiran-
turasında təhsil almışdır. 1954-cü ildə
namizədlik dissertasiyasını müdafiə
etmişdir.
Şirməmməd Hüseynov 1954-1961-
ci illərdə ADU-nun (indiki BDU) filolo-
giya fakültəsi Jurnalistika kafedrasının
baş müəllimi, sonra dosenti, 1962-
1969-cu illərdə filologiya fakültəsinin
dekan müavini, 1970-1976-cı illərdə
ADU-nun jurnalistika fakültəsinin
dekanı, 1976-1980-ci illərdə Mətbuat
tarixi və ideoloji iş metodları kafedra-
sının müdiri vəzifələrində çalışıb.
1988-ci ildən bugünə kimi BDU-
nun jurnalistika fakültəsində Mətbuat
tarixi və ideoloji iş metodları kafedra-
sının professorudur.
Milli mətbuat tariximizin 1917-
1920-ci illər dövrünün və Məhəmməd
Əmin Rəsulzadə irsinin araşdırıcısıdır.
13 kitabın müəllifidir.
Şirməmməd Ağaməmməd oğlu
Hüseynov elmi fəaliyyətinə görə
1948-ci ildə “Nizami” təqaüdünə,
iki dəfə - 1966-1972-ci illərdə “Qızıl
qələm” mükafatına, 1988-ci ildə “Res-
publikanın Əməkdar jurnalisti” fəxri
adına, 1991-ci ildə “Zərdabi mükafa-
tı laureatı” adına, 1992-ci ildə “Yu-
sif Məmmədəliyev adına mükafat”a,
1998-ci ildə “Məhəmməd Əmin
Rəsulzadə adına mükafat”a layiq gö-
rülmüşdür.
2005-ci ildən Prezident təqaüdçü-
südür.
Dostları ilə paylaş: