356
İqtisadiyyat.Neft
135
illiyi
85
illiyi
Gülbala Əliyev
1879-1971
Arif Şıxlinski
1929-1995
DEKABR
Gülbala Ağabala oğlu Əliyev 1879-
cu il dekabr ayının 5-də Bakı yaxın-
lığındakı Bilgəh kəndində anadan ol-
muşdur. Əmək fəaliyyətinə 1898-ci
ildə Bibiheybət neft mədənlərində
başlamışdır. Azərbaycanda sovet
hakimiyyəti illərində Bibiheybət (İliç)
buxtasının qurudulmasının (1923) fəal
iştirakçısı olmuşdur. 26 Bakı Kommis-
sarı adına Neft mədənləri idarəsində
usta (1923-46), 1946-1967-ci illərdə
mühəndis işləmişdir. Azərbaycan SSR-
də neft sənayesinin təşəkkülündə, onun
texniki cəhətdən yenidən qurulması və
inkişafında, mütəxəsisslər (neftçilər)
hazırlanmasında böyük xidmətləri
vardır.
İki dəfə Lenin ordeni, Qırmızı əmək
bayrağı ordeni və medallarla təltif edil-
miş. Bakıda büstü qoyulmuşdur.
SSRİ-nin fəxri neftçisi, 1940-
cı ildə Azərbaycan SSRİ-nin neft
ustası,SSRİ neftçıxarma sənayesinin
veteranı, 1948-ci ildə Sosialist Əməyi
Qəhrəmanı olmuşdur.
SSRİ Ali Sovetinin (3-cü çağırış) və
Azərbaycan SSR Ali Sovetinin (5-ci
çağırış) deputatı olmuşdur.
Gülbala Əliyev 1971-ci il mart ayı-
nın 27-də vəfat etmişdir.
Arif Şərif oğlu Şıxlinski 1929-cu il dekabr ayı-
nın 26-da Qazax rayonunun İkinci Şıxlı kəndindən
anadan olmuşdur. Orta məktəbi qızıl medalla
bitirən Arif Şıxlinski 1947-ci ildə Azərbaycan
Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə
daxil olmuş, 1952-ci ildə fərqlənmə diplomu ilə
başa vuraraq, təyinatla “Azərneftkəşfiyyat” birli-
yinin geoloji axtarış trestinin Abşeron-Xəzəryanı
geoloji axtarış kontorunun geoloji planalma parti-
yasına geoloq-iş icraçısı vəzifəsinə göndərilmişdir.
Bir ildən sonra geoloji planalma partiyasına rəis,
daha bir ildən sonra isə tematik partiyanın rəisi
vəzifəsində işləmişdir.
Azərbaycan Neft Sənayesi rəhbərliyi onu 1959-
cu ildə yenicə təşkil olunmuş “Azərneftkəşfiyyat”
trestinin geoloji şöbəsinə rəis, 1962-ci ildə isə
trestin rəis müavini - baş geoloq vəzifəsinə irəli
çəkmişdir. 1975-1985-ci illərdə Cəyirli və Qobus-
tan kəşfiyyat qazma idarələrinin rəisi, 1985-ci ildə
“Azərneft” İstehsalat Birliyinin baş direktor müa-
vini - baş geoloqu vəzifəsinə təyin olunmuşdur.
Azərbaycanın quru sahəsindəki bir çox neft və
qaz yataqları Arif Şıxlinskinin rəhbərliyi ilə kəşf
olunmuşdur. 50-dən artıq elmi əsəri və monoqra-
fiyası çap olunmuşdur. “Aşağı Kür çökəkliyinin
pliosen çöküntülərinin neft-qazlılıq perspektivli-
yi” monoqrafiyası (1967) neft geologiyası üzrə ən
sanballı tədqiqat işlərindən biri sayılır.
Arif Şıxlinskinin həmmmüəllif olduğu “Cənubi
Xəzər hövzəsinin neftli-qazlı və perspektiv struk-
turları” və “Azərbaycanın neftli-qazlı və pers-
pektiv strukturları” atlasları dünyanın 20-dən
artıq neft şirkətləri tərəfindən satın alınmış və
həmin şirkətlərin bir çoxunun respublikanın neft
təsərrüfatına investisiya qoyması üçün zəmin ya-
ratmışdır.
“Neft sənayesi əlaçısı” döş nişanı, bir sıra medal-
larla təltif olunmuş, 1971-ci ildə ona “Azərbaycan
Respublikasının Əməkdar mühəndisi” fəxri adı
verilmişdir.
Arif Şıxlinski 1995-ci il iyul ayının 20-də doğ-
ma kəndində vəfat etmişdir.
Dostları ilə paylaş: