360
Kimya.Biologiya.Tibb
160
illiyi
Kərim bəy Mehmandarov
1854-1929
DEKABR
Kərim bəy (Əbdülkərim Musta-
fa bəy oğlu) Mirzə Mustafa bəy oğlu
Mehmandarov 1854-cü il dekabr ayı-
nın 2-də Şuşa şəhərində doğulmuşdur.
1872-ci ildə Bakı şəhər gimnaziya-
sını bitirmiş, Sankt-Peterburq Tibb
Cərrahlıq Akademiyasına daxil olmuş,
1877-ci ildə akademiyanı tamam-
layıb Sankt-Peterburq klinik hərbi
xəstəxanasında həkim işləmiş və yenicə
başlanmış Rusiya-Türkiyə müharibəsi
ilə əlaqədar Dunayda döyüşən ordu-
nun sanitariya dəstələrindən birinə
göndərilmiş, bir il üç ay cəbhədə ol-
muşdur.
1873-cü ildə Azərbaycana dönmüş,
Yelizavetpol quberniyasının Cavan-
şir qəzasında həkim kimi çalışmışdır.
Sonra Şuşa şəhərinə dəyişilmişdi.
Şəhərdə çalışarkən ictimai işlərdə də
fəal iştirak etmişdir. Kərim bəy “Di-
fai” partiyasının Şuşa komitəsinin
sədri olmuşdur.
1905-ci ildə erməni-müsəlman da-
vasında Şuşanın müdafiəsini təşkil et-
miş, müsəlmanları kütləvi qırğınlardan
qorumuşdur. Həmin dövrdə şəhərin
müsəlmanlar yaşayan aşağı hissəsində
xəstəxana və yetim qalmış uşaqlar
üçün məktəb də açmışdı. Mehman-
darov “Şuşa xeyriyyə cəmiyyəti”nin
sədri kimi də geniş fəaliyyət göstərmiş,
şəhərdə keçirilən bütün mədəni-kütləvi
tədbirlərə başçılıq etmişdir. Şəhər klu-
bunda tibbin müxtəlif sahələrinə dair
müntəzəm surətdə mühazirələr oxu-
muş, xeyriyyə tədbirlərindən əldə olu-
nan vəsaiti kasıblara, daha çox ehtiya-
cı olan tələbələrə paylamışdır.
1907-ci ildə Qarabağda yatalaq
xəstəliyinə qarşı fəal mübarizə apar-
mışdır. 1911-ci ildə Əbdülkərim bəy
Mehmandarovun səyi nəticəsində Şu-
şada ilk rus-tatar qız məktəbi açılmış-
dır. Elə həmin il o, Şuşa şəhər həkimi
vəzifəsinə keçirilmişdir.
Mehmandarov çar hökumətinin bir
çox mükafatlarını almışdır. 1880-ci
ildə ikinci dərəcəli “Müqəddəs Sta-
nislav”, 1897-ci ildə ikinci dərəcəli
“Müqəddəs Anna”, 1911-ci ildə dör-
düncü dərəcəli “Müqəddəs Vladimir”
ordenləri ilə təltif edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə də Mehmandarov səhiyyənin
inkişafında yaxından iştirak etmişdir.
Sovet hakimiyyəti illərində, 1923-
cü ildə Şuşa şəhər xəstəxanasının baş
həkimi təyin olunmuşdur.
Vaxtilə “Difai” partiyasının üzvü
olması ittihamı ilə hökumət tərəfindən
incidilmiş, müsavatçı, xalq düşməni
kimi məruz qaldığı fiziki və mənəvi
iztirablar onun 1929-cu ildə ölümü ilə
nəticələnmişdir.
Dostları ilə paylaş: