Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə446/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   442   443   444   445   446   447   448   449   ...   507
Ə d ə b i y y a t 

Магистральные сосуды  

брюшной аорты  

[Текст] /Х.Кулиева.-

Баку, 1970. 

Quliyeva Xurşid Cəmil 

qızı [Mətn] //Azərbaycan 

Sovet Ensiklopediyası: 

10 cilddə.- Bakı, 1982.- 

C.III.- S.270.

www.anl.az

www.gender-az.org


362

DEKABR

Kimya.Biologiya.Tibb

100 

illiyi

Rəhim Hüseynov 

1914-1971

Rəhim Məşədi Allahverdi oğlu Hü-

seynov 1914-cü il dekabr ayının 23-də 

qədim  Gəncənin  Zərrabi  məhəlləsində 

anadan olmuşdur. 

Rəhim  Hüseynov  1936-cı  ildə 

Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitu-

tunun  ipəkçilik  şöbəsini  bitirdikdən 

sonra  Tbilisi  şəhərində  ipəkçilik  üzrə 

Zaqafqaziya  İpəkçilik  İnstitutunun  as-

piranturasına  daxil  olmuş,  1939-cu 

ildə biologiya elmləri namizədi alimlik 

dərəcəsi almış və Azərbaycan ipəkçilik 

stansiyasında  elmi  fəaliyyətə  başla-

mışdır.  Böyük  Vətən  müharibəsinin 

ilk günlərindən Sovet ordusu sıraların-

da  Vətənin  müdafiəsinə  getmiş,  2-ci 

Ukrayna  cəbhəsində  döyüşmüş,  əks-

kəşfiyyatçı olmuşdur. 

SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyi 

Rəhim Hüseynovu hərbi xidmətdən qa-

yıtdıqdan sonra indiki İpəkçilik İnstitu-

tuna  göndərmişdir.  R.Hüseynovun  ya-

ratdığı yüksək məhsuldarlığı ilə seçilən 

“Azərbaycan”  ipəkqurdu  cinsi  1950-ci 

ildə Stalin mükafatına layiq görülmüş-

dür.

Rəhim  Hüseynov  1951-ci  ildə 



Azərbaycan  Elmi-Tədqiqat  İpəkçilik 

Stansiyasının  direktoru,  sonra  isə 

Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitu-

tunun  İpəkçilik  kafedrasının  müdiri 

işləmişdir. 

1969-cu  ildə  yenidən  Elmi-

Tədqiqat  İpəkçilik  İnstitutuna  direktor 

göndərilmiş,  daha  sonra  bir  müddət 

Azərbaycan 

Respublikası 

Kənd 

Təsərrüfatı  nazirinin  birinci  müavini 



işləmişdir.

Rəhim Hüseynov 1962-ci ildə   res-

publikamızda  ipəkçilik  sahəsində 

ilk  biologiya  elmləri  doktoru  alim-

lik  dərəcəsinə  layiq  görülmüş  və 

Azərbaycan SSR Elmlər Akademiyası-

nın müxbir üzvü seçilmişdir.

Rəhim  Hüseynov  ipəkçiliyin  selek-

siya  və  damazlıq  işlərinə  dair  60-dan 

artıq elmi əsərin müəllifidir. Alimin bir 

sıra əsəri Çin, Yaponiya və Hindistanda 

nəşr olunmuşdur. Professor Rəhim Hü-

seynov iki dəfə respublika Ali Sovetinə 

deputat seçilmişdir.

Professor 

Rəhim 


Hüseynovun 

1941-1945-ci  illərdə  Böyük  Vətən 

müharibəsindəki şücaəti, əməyi və elmi 

fəaliyyəti  yüksək  qiymətləndirilmişdir. 

O, Lenin ordeni, “Qızıl ulduz”, “Şərəf 

nişanı”  ordenlərinə,  SSRİ  Dövlət  mü-

kafatı  laureatı,  bir  sıra  medallara  və 

Azərbaycan  SSR  Ali  Sovetinin  fəxri 

fərmanlarına, SSRİ XTNS-nın qızıl me-

dalına,  Miçurin  və  Paster  medallarına 

layiq görülmüşdür.

Hazırda  Elmi-Tədqiqat  İpəkçilik 

İnstitutu Rəhim Hüseynovun adını daşı-

yır. Gəncə şəhərində onun doğulub ya-

şadığı evin qarşısında barelyefi asılmış 

və şəhərin küçələrindən birinə onun adı 

verilmişdir.

Rəhim Məşədi Allahverdi oğlu Hü-

seynov  1971-ci  il  may  ayının  25-də 

vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin