Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə454/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   450   451   452   453   454   455   456   457   ...   507
Ə d ə b i y y a t

Dövlət neft fondu 

haqqında (Əsasnamə) 

[Mətn]: Azərbaycan 

Respublikasının qanun-

vericiliyi /İ.Vlasova, 

Ş.Quliyeva.- Bakı, 

2002.- 6 s.

Neft haqqında [Mətn]: 

100 sual-100 cavab 

seriyasından /baş 

red. H.Rizvanqızı; 

Azərbaycan Neft 

Sənayesi üzrə İnforma-

siya və Resurs Mərkəzi.-

Bakı, 2003.-153 s.

Yaqubzadə, M. 

Dövlət Neft Fondu 

Azərbaycanın stra-

teji maraqlarına 

xidmət edir  [Mətn] 

/M.Yaqubzadə //Xalq 

qəzeti.- 2012.- 30 mart.- 

S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

www.oilfund.az

28

DEKABR

21


369

DEKABR

21

Tarixdə bu gün

Dünya Azərbaycanlılarının 

Həmrəylik Günü 

1991 

DEKABR

31  Dekabr  -  Dünya  Azərbaycanlılarının 

Həmrəylik  günü  -  Azərbaycan  millətinin  bir-

lik  şüarının  simvolik  günüdür.  Bu  bayram  ayrı-

ayrı  ölkələrdə  yaşayan azərbaycanlılarla əlaqələr 

qurmaq,  onlar  arasında  birlik  və  həmrəylik 

yaratmaq  işində  mühüm  rol  oynayır.  Dünya 

Azərbaycanlılarının  Həmrəylik  gününün  qeyd 

edilməsi bütün dünya azərbaycanlıları tərəfindən 

artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycanlıların 

yaşadıqları, 

fəaliyyət 

göstərdikləri  və  çoxluq  təşkil  etdikləri  Avropa 

ölkələrində bu tendensiya özünü yüksək səviyyədə 

göstərir.  Bu  da  ondan  irəli  gəlir  ki,  Avropadakı 

Azərbaycan  diaspor  təşkilatları  öz  qüvvələrini 

səfərbər  etməkdə  ardıcıldırlar  və  bu  ayrı-ayrı 

cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət 

və qurumlar halında birləşmək baxımından dünya-

nın sivil nöqtələrindən biri olan Avropada mühüm 

əhəmiyyət kəsb edir.

31  dekabr  -  Dünya  Azərbaycanlılarının 

Həmrəylik  Günü  bayramı  dünyanın  70-dən  çox 

ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. 

Həmrəylik  günü  Azərbaycan  diasporu  üçün  ən 

mühüm bayrama çevrilmiş, Yeni il isə ikinci pla-

na keçmişdir. Həmrəylik gününü hətta milliyyətcə 

azərbaycanlı  olmayıb,  lakin  Azərbaycanda  do-

ğulub  böyümüş,  Azərbaycan  əsilli  diaspor 

nümayəndələri də qeyd edirlər. 

Azərbaycanlılar  minilliklər  boyu  özlərinin 

doğma torpağı olan tarixi Azərbaycan ərazisində 

yaşayaraq 

dünya 

sivilizasiyasına 



böyük 

töhfələr  vermişlər.  Müharibələr,  inqilablar, 

hərbi münaqişələr, dünyada   gedən müxtəlif ic-

timai-siyasi  proseslər  nəticəsində  Azərbaycan 

parçalanmış,  azərbaycanlıların  bir  qismi  öz 

yurd-yuvalarından  didərgin  salınmış,  deportasi-

yalara  məruz  qalmış,  bir-birindən  ayrı  düşmüş-

dür.  İş  tapmaq,  təhsil  almaq  məqsədilə  doğma 

yurdu  tərk  edərək  başqa  ölkələrdə  qərar  tutub 

yaşayan  azərbaycanlılar  da  vardır.  Beləliklə  də, 

azərbaycanlılar  tarixi Azərbaycan  torpaqlarından 

bütün  dünyaya  yayılmışlar.  Hazırda  onlar  dün-

yanın  bir  çox  ölkələrində  yaşayırlar.  Rusiyada, 

Ukraynada,  Müstəqil  Dövlətlər  Birliyinin  digər 

ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Ame-

rikada,  Şərq  ölkələrində  iri Azərbaycan  icmaları 

yaranmışdır.

SSRİ-nin  son  günləri,  Azərbaycan  millətinin, 

Arazın  hər  iki  sahilində  sərhəd  yürüyüşü,  dəmir 

tikanlı  məftilləri  qırması,  özünü  suya  vurub  öz 

doğma  qardaş  bacısına  qovuşmaları  iki  totalitar 

dövlətin  ciddi  təzyiqlərinə  baxmayaraq,  o  taylı- 

bu  taylı  millətin  həftələrlə Araz  qırağında  gecə-

gündüz  birləşmək  şüarı,  azərbaycanlıların  bir 

millət olduğunu dünya çapında bir daha canlandır-

dı. Həmrəylik günü, bu birləşmək istəyinin simvo-

lik nişanıdır.

Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü-

nün əsası 1989-cu il dekabrın axırlarında Naxçı-

vanda, sərhədlərin (SSRİ-İran sərhədləri) dağılma-

sı zamanı qoyulmuş, Şimali və Cənubi Azərbaycan 

arasındakı sərhəd dirəkləri dağıdılmışdı. Bu vaxt 

İstanbulda  türkdilli  xalqların  Konfransı  keçi-

rilirdi.  Konfransda  dünya  azərbaycanlılarının 

həmrəyliyinin qeyd olunmasına qərar verilmişdi.

1991-ci  ilin  16  dekabrında  Naxçıvan  Muxtar 

Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 

dünya  azərbaycanlılarının  birliyini  yaratmağın 

əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya 

Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, 

beləliklə, bütün azərbaycanlılar üçün əziz olan bu 

gün bütün dünyada bayram edilir.



31



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin