//Azərbaycan .-2012.- 1 mart.- S. 4.
www.anl.az
368
Tarixdə bu gün
15
illiyi
Dövlət Neft Fondu
1999
DEKABR
Ümummilli lider Heydər Əliyev ar-
tan neft gəlirlərini ölkə iqtisadiyyatına
düzgün istiqamətləndirmək məqsədilə
uzunmüddətli neft strategiyası proq-
ramını hazırlamışdır. Milli Neft Stra-
tegiyasının əsasını xarici sərmayənin
və təcrübənin cəlb olunması, çoxva-
riantlı ixrac sisteminin yaradılması və
əldə olunmuş gəlirlərin səmərəli, şəffaf
idarə edilməsi və istifadə olunması
təşkil edir.
Neft strategiyasının reallaşma-
sı sayəsində Azərbaycanın enerji
təhlükəsizliyi, dünya birliyində etibarlı
ölkə və etibarlı tərəfdaş kimi təqdim
olunması təmin olunmuşdu.
Neft
strategiyasının
növbəti
mərhələsində ölkənin neft yataqlarının
xarici şirkətlər ilə birgə işlənməsindən
əldə edilən neft gəlirlərinin toplana-
raq səmərəli idarə edilməsi, həmin
vəsaitlərin öncül sahələrin inkişafı-
na və sosial-iqtisadi baxımdan mü-
hüm əhəmiyyət kəsb edən layihələrin
həyata keçirilməsinə yönəldilməsi
təşkil edirdi. Bu məqsədlə Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əliyevin 29 dekabr 1999-cu il tarixli
240 nömrəli Fərmanı ilə Azərbaycan
Respublikası Dövlət Neft Fondu təsis
edilmişdir. Neft Fondunun Əsasnaməsi
Azərbaycan Respublikası Preziden-
tinin 29 dekabr 2000-ci il tarixli 434
nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Neft ilə zəngin olan ölkələrdə neft
fondlarının, suveren sərvət fondları-
nın və yaxud digər bu kimi qurum-
ların təsis edilməsi bu dövlətlərdə
neft sərvətlərinin nəsillər arasında
bərabər bölgüsünə, onların səmərəli və
məqsədyönlü şəkildə idarə edilməsinə
şərait yaradır. Hazırda Neft Fondu
institusional cəhətdən çox yüksək for-
malaşmaqla bərabər, ölkə daxilində
və eləcə də beynəlxalq səviyyədə ta-
nınmış və vəsaitlərin idarə edilməsi,
şəffaflığın təmin edilməsi baxımın-
dan digər dövlətlərlə öz təcrübəsini
bölüşdürməyə qadir olan bir quruma
çevrilmişdir.
Bir sıra dünya dövlətlərində Neft
Fondu ilə oxşar cəhətləri olan analo-
ji fondlar fəaliyyət göstərməkdədir.
Neft Fondu yaradılarkən bu fondla-
rın təcrübəsinə istinad etməklə ya-
naşı, yerli xüsusiyyətlər və mövcud
ehtiyaclar nəzərə alınmış və neft
gəlirlərinin gələcək nəsillər üçün top-
lanması ilə bərabər, bugünkü nəsillərin
problemlərinin həlli üçün də istifadə
edilməsini nəzərdə tutan bir model se-
çilmişdir.
Yaradıldığı
gündən
şəffaflıq
Neft Fondunun fəaliyyətinin əsas
prinsiplərindən biridir. Neft Fondu
institusional cəhətdən və şəffaflığın
təmin edilməsi baxımından çox yüksək
səviyyədə inkişaf etmiş, müasir stan-
dartlara cavab verən, beynəlxalq
səviyyəli maliyyə təşkilatına çevril-
miş, Azərbaycanın beynəlxalq arenada
nüfuzunun artmasına xidmət edən bir
çox nailiyyətlər əldə etmişdir.
Dostları ilə paylaş: