366
Tarixdə bu gün
95
illiyi
“İstiqlal” muzeyi
1919
DEKABR
Respublikamızda ilk rəsmi dövlət muzeyi -
İstiqlal Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yaradılıb. 1919-cu il dekabr ayının
7-də Azərbaycan Parlamentinin yaradılmasının
ildönümü münasibətilə Parlamentin binasında
açılan İstiqlal Muzeyi, eyni zamanda, genişpro-
filli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulub.
Muzeyə təhvil verilən ilk eksponatların siyahı-
sında qılınc, qəmə, xəncər, “Quran” əlyazmaları,
üzərinə ayələr yazılmış müxtəlif əşyalar, bəzək
əşyaları, ayrı-ayrı dövrlərə aid pullar, xalq tətbiqi
sənəti nümunələri, məişət əşyaları, əlyazmalar və s.
vardı.
Təhvil-təslim aktı formasında hazırlanan və
“Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında ola-
raq hələlik parlaman imarətində təsis edilən “Muze
İstiqlal” adına müəssislər tərəfindən toplanmış
olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə
təhvil verilməsi haqqında Şərait” adlanan həmin
sənədi,
bir tərəfdən İstiqlal Muzeyinin yaradı-
cıları - görkəmli sənətşünaslar H.Mirzəcamalov,
M.Ağaoğlu, digər tərəfdən, Azərbaycan Parla-
menti sədrinin müavinləri Həsən bəy Ağayev,
S.M.Qəniyev imzalayıb. Sənəd 1919-cu il noyabr
ayının 6-da, muzeyin açılışına hazırlıq görülərkən
tərtib olunmuşdur. Tərəflərin razılaşmasına
əsasən, İstiqlal Muzeyinin təşkili və fəaliyyəti ilə
bağlı bütün xərcləri Parlamentin Rəyasət Heyəti
öz öhdəsinə götürmüşdür. Sənəddə qeyd olunur
ki, gələcəkdə muzey üçün xüsusi binanın ayrıl-
ması, yaxud tikilməsi, muzeyin nəzdində zəngin
kitabxananın yaradılması, muzeyin proqram və
nizamnaməsinin hazırlanması və s. nəzərdə tu-
tulmuşdur. İstiqlal Muzeyi beş aya yaxın - 1920-
ci il aprelin 28-dək mövcud olmuşdur. Bunun-
la belə, İstiqlal Muzeyi müstəqil Azərbaycan
dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi
tariximizdə qalmışdır. İstiqlal Muzeyi 70 ildən son-
ra yenidən eyni adla fəaliyyətə başlamışdır. Belə
ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən
muzey yaradılmışdır. İlk yaradılan muzeydən heç
bir eksponat qalmasa da yenidən fəaliyyətə baş-
layan muzey keçmiş mədəniyyət naziri Polad
Bülbüloğlunun 23 dekabr 1992-ci il sərəncamı
ilə “İstiqlal” adını alaraq birinci muzeyin mənəvi
varisi kimi fəaliyyətə başlamışdır. Muzeyin yara-
dılmasında məqsəd ən qədim zamanlardan müasir
dövrümüzə qədər Azərbaycan xalqının mədəni-
tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı
uğrunda apardığı mübarizə mərhələlərini ardıcıl
əks etdirmək olmuşdur. Muzey işçilərinin zəhməti
nəticəsində nadir sənədlər, fotoşəkillər, numizma-
tik kolleksiyalar, bədii əsərlər və digər əşyalardan
ibarət 20 minə yaxın eksponat toplanmışdır.
Muzeyin 6 otaqdan ibarət ekspozisiyala-
rını gəzdikcə ölkəmizin ayrı-ayrı mübarizə
mərhələlərinin şahidi olmaq mümkündür.
Birinci zal Azərbaycanın qədim zamanlar-
dan XIX əsrə gədər olan tarixini; ikinci zal
Azərbaycanın tarixinin XIX əsrin ikinci yarısı və
XX əsrin əvvəlləri dövrünü; üçüncü zal XX əsrin
birinci yarısında Cənubi Azərbaycanda olan milli-
azadlıq hərəkatını; dördüncü zal Azərbaycanın
repressiya illərində və Böyük Vətən müharibəsi
illərindəki tarixini; beşinci zal XX əsrin axırların-
da Azərbaycanda mill-azadlıq hərəkatını, Qara-
bağ müharibəsini; altıncı zal müstəqil Azərbaycan
Respublikasının tarixi və ümummilli lider Heydər
Əliyevin fəaliyyətini əks etdirir.
Azərbaycan İstiqlal Muzeyində rəsm və
heykəltəraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar,
pul əsginasları və başqa eksponatlar nümayiş et-
dirilir.
Dostları ilə paylaş: