Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə430/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   426   427   428   429   430   431   432   433   ...   507
30

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: üç 

cilddə /N.Şəmsizadə; [ön sö-

zün müəl. B.Nəbiyev].- Bakı: 

Elm, 2008.- C.I.- 556 s.

Azərbaycançılıq [Mətn] 

/N.Şəmsizadə; red. 

K.Talıbzadə.- Bakı: Nurlar, 

2006.- 192 s.  

Azərbaycan 

ədəbiyyatşünaslığı: 

Mərhələlər və konsepsiyalar 

[Mətn] /N.Şəmsizadə; red. 

B.Nəbiyev; AEA Nizami adına 

Ədəbiyyat İnstitutu.- Bakı: 

Ozan, 1997.- 292 s. 

Yazıçı ömrünə uvertüra 

[Mətn]: monoqrafik varia-

siyalar /N.Şəmsəddin; red. 

B.Nəbiyev.- Bakı: Təhsil, 

2010.-183 s.

Tarix yaradan şəxsiyyət 

[Mətn] /N.Şəmsizadə //Xalq 

qəzeti.- 2012.- 13 dekabr.- 

S.3.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.az

www.qubalilar.biz


348

Rəssam

105 

illiyi

Səttar Bəhlulzadə 

1909-1974  

DEKABR

Səttar  Bəhlul  oğlu  Bəhlulzadə 

1909-cu  il  dekabr  ayının  15-də  Bakı-

nın  Əmircan  kəndində  anadan  olmuş-

dur.  1927-31-ci  illərdə  Azərbaycan 

Rəssamlıq Texnikumunda təhsil almış-

dır.  1933-40-cı  illərdə  isə  V.İ.Surikov 

adına  Moskva  Dövlət  Rəssamlıq  İnsti-

tutunda oxumuşdur. 

1941-ci  ildə  Bakıya  qayıdaraq 

Rəssamlıq  Məktəbində  müəllimlik  et-

mişdir.  

Yaradıcılığa “Kommunist” qəzetində 

Əzim  Əzimzadənin  rəhbərliyi  ilə  baş-

lamışdır.  1931-1933-cü  illərdə  müasir 

məzmunlu  ilk  karikaturaları  çap  edil-

mişdir. 

S.Bəhlulzadə real Azərbaycan təbiə-

tini təsvir edirdi.  “Xəzər üzərində ax-

şam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, 

“Kəpəzin göz yaşları”, “Vətənimin ba-

harı”,  “Azərbaycan  nağılı”,  “Suraxanı 

atəşgahı”  ,  “Əfsanəvi  torpaq”,  “Şah-

nabat”,  “Naxçıvan.  Axşamçağı  Ordu-

bad  bağlarında”,  “Vətənimin  baharı”, 

“Əmircan”,  “Neft  daşları”,  “Şamaxı 

üzümlükləri” və s. əsərləri əsas yer tut-

muşdur.


Səttar  Bəhlulzadənin  fərdi  sərgiləri 

Əlcəzair,  Misir,  Livan,  Suriya,  Tunis, 

Norveç, ADR, Çexoslovakiya, Bolqarıs-

tan, İraq, Kuba, Kanada, Belçika, Fran-

sa, Yaponiya və dünyanın bir sıra başqa 

ölkələrində nümayiş etdirilmişdir. Dün-

yanın onlarla muzeylərində onun əsərləri 

daimi eksponatlar sırasındadır. Əsərləri 

R.Mustafayev adına Azərbaycan Dövlət 

İncəsənət  Muzeyində  və  Azərbaycan 

Dövlət  Şəkil  Qalereyasında,  eləcə  də 

Moskva  və  s.  şəhərlərin  muzeylərində 

saxlanılır.

Azərbaycan  rəssamlıq  məktəbinin 

ən  görkəmli  nümayəndələrindən  biri 

Səttar  Bəhlulzadə  bir  sıra  orden  və 

medallarla  -  iki  Qırmızı  Əmək  Bayra-

ğı ordeni və medallarla təltif olunmuş, 

“Azərbaycanın  Əməkdar  incəsənət 

xadimi”  (1960),  “Azərbaycanın  Xalq 

rəssamı” (1963) fəxri adlarına layiq gö-

rülmüşdür. Azərbaycan Dövlət mükafatı 

laureatı (1972) idi.

Səttar Bəhlulzadə 1974-cü il oktyabr 

ayının  14-də  Moskvada  vəfat  etmiş, 

doğma  Əmircan  kəndində  dəfn  olun-

muşdur.  Əmircanda  qəbirüstü  abidəsi 

ucaldılmışdır. 

Ümummilli  lider  Heydər  Əliyev 

həmişə  rəssamın  yaradıcılığını  diqqət 

mərkəzində  saxlamışdır.  1994-cü  ildə  

Səttar  Bəhlulzadənin  Əmircanda  ev-

muzeyinin  təşkil  olunması  haqqında 

qərar verilmişdir.

Azərbaycan  Respublikasının  Pre-

zidenti  cənab  İlham  Əliyev  sənətkarın 

həyat və fəaliyyətinin təbliği məqsədilə 

müxtəlif  sərəncamlar  imzalamışdır. 

Böyük  sənətkarın  yubileyi  ilə  bağlı  ən 

müxtəlif  tədbirlər  -  haqqında  çəkilən 

film,  elmi  konfranslar,  sərgilər  keçiril-

miş və kitablar çap olunmuşdur. 

Səttar  Bəhlulzadənin  yaradıcılığı-

na  yüksək  qiymət  verilmiş,  əsərlərinin 

UNESCO  səviyyəsində  sərgisi  təşkil 

olunmuş, 2009-cu il “Səttar Bəhlulzadə 

ili” elan edilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin