62
50
illiyi
Milli Qəhrəmanlar
Sahil Məmmədov
1964
Milli Qəhrəman
25
FEVRAL
Sahil Ələmdar oğlu Məmmədov
1964-cü il fevral ayının 25-də Qərbi
Azərbaycanın Uluxanlı (Masis) ra-
yonunun Yuxarı Necili (Nizami)
kəndində anadan olmuşdur.
1981-ci ildə Bakıxanov qəsəbəsin-
dəki 96 saylı məktəbi bitirmişdir.
1982-ci ildə ordu sıralarına çağırıl-
mışdır. 1983-cü ildə Moskva vilayətinin
Krasnoqorsk şəhərində hərbi xidmətdə
olarkən rəhbərlik tərəfindən SSRİ
DİN-nin Sankt-Peterburq şəhərindəki
Ali Siyasi Məktəbinə oxumağa
göndərilmişdir.
1987-ci ildə təyinatla Ukrayna Res-
publikasının Çerniqov, sonra isə Kiyev
şəhərlərinə göndərilmişdir. Daxili Qo-
şun Hərbi Birləşmələrinin tərkibində
rota komandirinin siyasi işlər üzrə mü-
avini vəzifəsində çalışmağa başlamış-
dır. 1991-ci ilin oktyabrında Sovet Or-
dusu sıralarından tərxis olunmuşdur.
1992-ci il yanvarın 2-də Azərbaycan
Respublikası DİN-nin Daxili Qo-
şunlar İdarəsinin hərbi polis alayın-
da rota komandirinin müavini kimi
fəaliyyətə başlamışdır. Daha sonra Sa-
hil Məmmədov Ağkənd, Dərəli, Qa-
zançı kəndlərində zastava rəisi təyin
edilmişdir.
1994-cü ildən polkovnik-leytenant
Sahil Məmmədov DİN-nin Pasport,
Viza və Qeydiyyat idarəsində baş ins-
pektor vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Məmmədov Sahil
Ələmdar oğluna “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
Dostları ilə paylaş: