64
Tarix
FEVRAL
Yaqub Mikayıl oğlu Mahmu-
dov (Mahmudlu) 1939-cu il fevral
ayının 10-da Şəki rayonunun Baş
Göynük kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin ta-
rix fakültəsini bitirmişdir.
1956-cı ildən Balakən rayonu-
nun Sarıbulaq kənd orta məktəbində
müəllim işləmişdir.
1966-cı ildən Azərbaycan Sovet En-
siklopediyası redaksiyasında elmi re-
daktor, böyük elmi redaktor, redaksiya
müdiri, baş redaktorun elmi işlər üzrə
müavini, 1974-cü ildən Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda baş
müəllim, dosent, 1981-ci ildən
Azərbaycan Dövlət Universitetində
dosent, kafedra müdiri, tarix fakültəsi
dekanının müavini, 1992-ci ildən
Azərbaycan Respublikası Ali Attes-
tasiya Komissiyası sədrinin müavi-
ni, “Azərbaycan Ensiklopediyası”
Nəşriyyat-Poliqrafiya Birliyinin baş
direktoru vəzifələrində çalışmışdır.
1986-2004-cü illərdə Bakı Dövlət
Universiteti tarix fakültəsinin dekanı
olmuşdur.
2004-cü ildən AMEA-nın Tarix
İnstitutunun direktorudur.
Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respub-
likası Milli Məclisinin deputatı olmuş-
dur.
2005-ci il noyabr ayının 6-da 114 say-
lı Şəki kənd birinci seçki dairəsindən
yenidən parlamentin deputatı seçil-
mişdir. Milli Məclisin sosial siyasət
komitəsinin üzvüdür. Azərbaycan-
Xorvatiya parlamentlərarası əlaqə-
lər üzrə işçi qrupunun rəhbəri,
Azərbaycan-İtaliya,
Azərbaycan-
Özbəkistan parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbay-
can nümayəndə heyətinin üzvüdür.
2012-ci il may ayının 25-də “Azər-
baycan Respublikasının elm sahəsində
Dövlət Mükafatının verilməsi haqqın-
da” Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamı ilə ona Dövlət mü-
kafatı verilmişdir.
700-dən çox elmi əsərin və elmi-
publisistik məqalənin müəllifidir. Rus
və ingilis dillərini bilir.
Lütfi Zadə adına Beynəlxalq Mü-
asir Elmlər Akademiyasının həqiqi
üzvüdür. Xidmətlərinə görə “Yusif
Məmmədəliyev”, “Rəsul Rza”, “Qı-
zıl qılınc”, “Qızıl qələm” mükafatları
laureatı, Azərbaycan Respublikasının
Dövlət Mükafatı, “Azərbaycan Res-
publikasının Əməkdar elm xadimi”
fəxri adı və “Şöhrət” ordeni ilə təltif
edilmişdir.
Dostları ilə paylaş: