Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə92/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   88   89   90   91   92   93   94   95   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

naa.edu.az

www.csl-az.com


71

Tarixdə bu gün

Mingəçevir  Su  Elektrik  Stansiya-

sı (SES) – Cənubi Qafqazda ən böyük 

su elektrik stansiyası olub, Kür çayının 

üzərində, Mingəçevir şəhərinin yaxınlı-

ğında yerləşir.

Stansiyanın  tikintisinə  1945-ci  ildə 

başlanılmış,  1953-cü  ildə  ilk  hidro-

aqreqat,  1954-cü  ildə  stansiya  tam 

gücü  ilə  işə  salınmışdır. Azərbaycanın 

müxtəlif  rayonlarından  Mingəçevir  su 

elektrik  stansiyasının  quraşdırılmasıy-

la  əlaqədar  olaraq  böyük  sayda  insan 

gəlmiş, ümumilikdə isə bu stansiyanın 

tikilməsində 20.000 insan iştirak etmiş-

dir. 


1940-cı  illərin  sonlarına  doğru 

10.000-ə  yaxın  alman  hərbi  əsirinin 

işçi  qüvvəsi  ilə,  ölkənin  ən  təcrübəli 

mütəxəssisləri  -  postsovet  məkanının 

ən böyük su elektrik stansiyasının qu-

raşdırılmasına cəlb edilmişdi. 

Mingəçevir şəhəri Su Elektrik Stan-

siyasının  tikilməsiylə  əlaqədar  olaraq 

salınmış  və  1948-ci  ildə  şəhər  statusu 

almışdır. 

Mingəçevir su anbarı 1953-1959-cu 

illərdə  doldurulub,  su  tutumu  16070 

milyon  m³-dir.  Dəryaçanın  uzunluğu 

70 km, eni 13-18 km-dir. Su anbarının 

tikilməsi və iki kanalın çəkilməsi ölkədə 

970  min  hektar  sahəni  suvarmağa  im-

kan  yaratmış,  200  min  hektar  sahənin 

su  altında  qalmaq  təhlükəsini  aradan 

qaldırmışdır. Stansiyanın tərkibinə 110, 

220  və  330  kilovatlıq  paylayıcı  yarım 

stansiyalar daxildir. 

6  hidroaqreqata  malik  olan  Mingə-

çevir  SES-in  müəyyən  olunmuş  gücü 

359 Mvt, orta illik elektrik enerjisi is-

tehsalı 1,4 milyard kvt/saat-dır. 

Qovşağın  ən  əsas  orijinal  hissəsi 

yüksək  təzyiqli  torpaq  bəndi,  nəinki 

Avropada  yuyulma  üsulu  ilə  tikilmiş 

ən nəhəng (hündürlüyü 80 m), həm də  

işlənən materialların həcminə görə dün-

yada  çınqıl-qumdan  tökülmüş  yeganə 

bənddir.


Su qovşağına 3 gözdən ibarət suaşı-

ran beton bənd (bir açıq kanalı ilə eni 

30 m), 6 gözdən ibarət təzyiqli su bo-

rularına su qəbul edən qurğu (uzunluğu 

66 m), 4 qapalı beton boru ilə 4 gözdən 

ibarət suaşıran qurğu (uzunluğu 47 m), 

torpaq bənd (uzunluğu 1550 m, hündür-

lüyü 80 m), Yuxarı Qarabağ və Yuxarı 

Şirvan kanalına su qəbul edən bir gözlü 

qurğu daxildir.

1981-ci ildə Zaqafqaziyadakı ən bö-

yük DRES burada inşa edilmişdir. 

Məhz bu səbəbdən Mingəçevir “Nur 

şəhəri”  kimi  adlandırılmışdır.  Ölkənin 

bir çox yerinə, eləcə də digər Zaqafqa-

ziya respublikalarına işıq buradan pay-

lanır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin