68
Kimya.Biologiya.Tibb
FEVRAL
23
Ə d ə b i y y a t
Rzayev, N. Yaşatmaq yanğısı
[Mətn] /N.M.Rzayev; ön söz
B.Vahabzadə, X.Məmmədov;
[red. V. Nəsib].- Bakı:
Gənclik, 1981.- 166, [2] s.
Piriyeva, S. Əfəndiyev Fuad
Ələddin oğlu. tibb e.d-ru,
prof. 1909-1963 [Mətn]
/S.Piriyeva //Türk dünyası
və Ata yurdum Ahıska.-
Bakı: Tuna, 2003.- S.198.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azturk.biz
www.gedebey.net
www.files.preslib.az
Fuad Ələddin oğlu Əfəndiyev
1909-cu il fevral ayının 23-də Bakı
şəhərində anadan olmuşdur.
1927-1932-ci illərdə indiki Azər-
baycan Dövlət Tibb Universitetində
təhsil almışdır.
1934-cü ildə tibb elmləri namizədi,
1943-cü ildə isə tibb elmləri doktoru
elmi dərəcəsinə yiyələnmişdir. Fuad
Əfəndiyev pedaqoji sahə ilə yanaşı
elmi işlə də məşğul olmuşdur.
1944-cü ildən ömrünün sonunadək
Azərbaycan Dövlət Tibb Universite-
tində 2-ci fakültə cərrahlığı kafedrası-
nın müdiri işləmişdir.
O, hematologiya və qanköçürmə
sahəsində də tədqiqat işləri aparmış,
1957-ci ildə onun təşəbbüsü ilə 4 saylı
klinikada köks cərrahlığı şöbəsi yara-
dılmışdır.
1961-ci ildə Azərbaycan Ekspe-
rimental və Klinik Tibb İnstitutunun
təşkilatçısı və ömrünün sonunadək
onun direktoru olmuşdur.
F.Ə.Əfəndiyev köks cərrahiyyəsi
problemləri, qanköçürmə və perife-
rik damarların patoloji hematologiya-
sından bəhs edən 160-dan çox elmi
əsərin, 3 monoqrafiyanın müəllifidir.
Plevra boşluğunda qanın infeksiyalaş-
masını asanlıqla təyin etməyə imkan
verən orijinal üsul təklif etmiş, ağciyər
əməliyyatlarını asanlaşdırmaq üçün
alətlər yaratmış, hemotoraks və he-
martrazların, ekspress üsulla yanıqların
üzərinə novakain, furasilin çəkməklə
16-18 saat ərzində yanıq üzərində
germetik təbəqə - plyonka əmələ
gətirməklə müalicəni asanlaşdırmış-
dır. F.Əfəndiyev üsulunda hətta qapalı
hemotoraks zamanı sitoloji nümunə
tətbiq edilmişdir. Xlorlu-kalsiumu, qa-
nın konservantı kimi işlətməyi təklif
etmişdir.
Fuad Əfəndiyev 1942-ci ildən
Azərbaycan SSR Əməkdar həkimi,
1943-cü ildən professor olmuş, 1956-
cı ildə Azərbaycan SSR Əməkdar elm
xadimi adına layiq görülmüş, 1959-cu
ildə Azərbaycan SSR EA-nın müxbir
üzvü seçilmişdir.
Görkəmli həkim N.N.Burdenko
adına mükafata layiq görülmüş,
Azərbaycan SSR Ali Sovetinin (3-6-
cı çağırış) deputatı olmuşdur. “Qırmı-
zı Əmək Bayrağı”, “Qırmızı Ulduz”
ordenləri və medallarla təltif edilmiş-
dir. 4 saylı Bakı şəhər Xəstəxanası
Fuad Əfəndiyevin adını daşıyır.
Fuad Ələddin oğlu Əfəndiyev
1963-cü il oktyabr ayının 19-da Bakı
şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: