69
Texnika
Arif Mir Cəlal oğlu
Paşayev 1934-cü il fevral
ayının 15-də Bakıda ana-
dan olmuşdur.
1951-1954-cü illərdə
Moskva Elektrotexnika
Rabitə İnstitutunda təhsil
almış, 1954-1957-ci illərdə
təhsilini Odessa Elektrotex-
nika Rabitə İnstitutunda da-
vam etdirmiş və radiofizik ixtisasına yiyələnmişdir.
1959-cu ildən AMEA-nın Fizika İnstitutunda
elmi fəaliyyətə başlamışdır. O, yarımkeçirici ma-
terialların elektrofiziki parametrlərini kontaktsız
ölçmək üçün cihazlar, maşınqayırma məmulatına
nəzarət üçün cərəyan burulğanlarından istifadə
edən qurğular, mikrominiatür dəqiq çeviricilər ya-
radıb seriya ilə istehsala buraxmışdır.
Görkəmli alim 1960-1964-cü illərdə Moskvada
Dövlət Nadir Metallar İnstitutunun aspirantı ol-
muş, 1965-ci ildə texnika elmləri namizədi, 1978-
ci ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik
dərəcəsinə yiyələnmişdir.
A.Paşayev 1988-1990-cı illərdə SSRİ Elmlər
Akademiyasının “İfratkeçirici elektronika” Elmi
Şurasının mükafatına layiq görülmüşdür.
1989-cu ildə Azərbaycan SSR EA-nın müxbir
üzvü seçilmişdir.
1991-ci ildə “Avtonom hidroakustika informa-
siya sisteminin yaradılması sahəsində kompleks
işlərinə görə” Azərbaycan SSR Dövlət Müka-
fatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə
görə “SSRİ-nin ixtiraçısı” medalına və Yusif
Məmmədəliyev adına medala layiq görülmüşdür.
1996-cı ildən indiyədək “Azərbaycan Hava Yol-
ları” Dövlət Konserni Milli Aviasiya Akademiya-
sının rektorudur. O, Azərbaycanda ilk dəfə olaraq
müasir dünya standartlarına uyğun, təhsil, elm və
istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı
yaratmağa nail olmuşdur.
Milli Aviasiya Akademiyasının “Elmi məcmu-
ələr” jurnalının baş redaktorudur.
1998-2002-ci illərdə Beynəlxalq Nəqliyyat,
Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenerge-
tika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformatiza-
siya akademiyalarının akademiki seçilmişdir.
1999-cu ildə İngiltərə Beynəlxalq Bioqrafi-
ya mərkəzinin qızıl medalına layiq görülmüşdür.
Dövlətlərarası Aviasiya Komitəsinin nəzdində
olan aviasiya mütəxəssislərinin hazırlanması üzrə
Koordinasiya Şurasına üzv seçilmişdir. Tbili-
si Texniki Universitetində Ərazi Şurasının üzvü,
Azərbaycan MEA Cihazqayırma üzrə Elmi Şura-
nın sədridir.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akade-
miyasının həqiqi üzvü seçilmişdir.
2003-cü ildə “Vektor” - Beynəlxalq Elm Mərkəzi
Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın
tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi
olmuş və “XXI əsrin tanınmış alimi” beynəlxalq
diplomu ilə təltif edilmişdir.
2004-cü ildə elm və təhsilin inkişafındakı böyük
xidmətlərinə görə Beynəlxalq Elmlər Akademiya-
sının Elmi İnkişaf Beynəlxalq Şurasının qərarına
əsasən Nobel mükafatı laureatı Pavlov adına “Qı-
zıl döş nişanı” ilə təltif edilmişdir. Ümumdünya
Əqli Mülkiyyət Təşkilatının Ali mükafatına – “Qı-
zıl medal”ına layiq görülmüşdür.
2005-ci ildə Azərbaycan və dünya mədəniyyə-
tinin inkişafına, demokratiyaya, sülh və vətəndaş
cəmiyyəti mədəniyyəti tərəqqisinə verdiyi mühüm
töhfəyə görə “Mədəniyyət səfiri” fəxri adına layiq
Dostları ilə paylaş: