Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə167/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   163   164   165   166   167   168   169   170   ...   507
Ə d ə b i y y a t

Təhmasib, T. Rza 

Təhmasib [Mətn]: 

elmi-publisistik, 

sənədli xatirə /Tamilla 

Təhmasib; red., nəşrə 

hazırl. Maarif Teymur.-

Bakı: MBM, 2005.-   

272 s. 

Tacirliyi teatra dəyişən 

böyük sənətkar. 

Xarakterlər ustası 

Rza Təhmasib [Mətn]         

//Azadlıq.- 2012.- 29 

mart.- S.14.

Uğur., Rza 

Təhmasibin “Unuda 

bilmədiklərim” xati-

ratı…  [Mətn] /Uğur        

//Xalq cəbhəsi.- 2012.- 

6 iyun.- S.14.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

20

Kinorejissor, aktyor


133

Teatr.Kino

100

 illiyi

Məmməd Bürcəliyеv

1914-1994

APREL

Məmməd  İsmayıl  oğlu  Bürcəliyev 

1914-cü  il  aprel  ayının  25-də  Şəki 

şəhərində anadan olmuşdur. 

Sabit  Rəhmanın  dəvəti  ilə  1932-ci 

ildə  Şəki  Dövlət  Dram  Teatrında  akt-

yor  kimi  fəaliyyətə  başlamışdır.  1932-

1935-ci  illərdə  Şəki  Dövlət  Dram  Te-

atrında  fəaliyyət  göstərmiş  və  maraqlı 

obrazlar qaleriyası yaratmışdır. 1935-ci 

ildən ömrünün sonunadək, yəni, 1994-

cü ilədək Gəncə Dövlət Dram Teatrın-

da  çalışmışdır.  1967-1968-ci  illərdə 

N.K.Krupuskaya adına Moskva Dövlət 

İncəsənət  Universitetinin  Teatr  aktyo-

ru  və  rejissoru  fakültəsini  bitirmişdir. 

1948-ci  ildə  M.Bürcəliyev  “Yadigar” 

adlı bir dram əsəri qələmə almış, pyes 

Gəncə Dövlət Dram Teatrında tamaşaya 

qoyulmuşdur.  “Yadigar” pyesi 1948-ci 

ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir 

dramaturqların  əsərlərinə  baxış”  festi-

valında  3-cü  dərəcəli  mükafata  layiq 

görülmüşdür. M.Bürcəliyev respublika-

da çapdan çıxan qəzet və jurnallarda 75-

dən artıq məqalə, resenziya və oçerkin 

müəllifidir.

Məmməd  Bürcəliyev  Gəncə  Dövlət 

Dram  Teatrının  səhnəsində  300-dən 

artıq  maraqlı  obrazlar  qaleriyası  ya-

ratmışdır.  “Od  gəlini”ndə  Altunbay, 

“Aydın”da  Səlim,  “Nəsrəddin  şah”da 

Cavad  xan,  “1905-ci  ildə”də  Quber-

nator,  “Almaz”da  Şərif,  “Səyavuş”da 

Kərşivaz,  “Fərhad  və  Şirin”də  Azər 

baba,  “Qəribə  dilənçi”də  Qeyza  Qali-

ba  və  s.  obrazları  onun  yaradıcılığının 

əsasını  təşkil  etmişdir.  O,  bu  teatrda 

11 pyesə quruluşçu rejissor kimi səhnə 

həyatı  bəxş  etmişdir.  Onlardan  Cəlil 

Məmmədquluzadənin  “Ölülər”,  Tey-

mur  Məmmədovun  “Ürək  yanarsa”, 

Altay  Məmmədovun  “Həmyerlilər” 

və “Bəraət”, Sabit Rəhmanın “Əliqulu 

evlənir”,  Şəfayət  Mehdiyevin  “Mirzə 

Fətəli”,  Rəsul  Həmzətovun  “Dağlı 

qızı”,  Yusif  Əzimzadənin  “Anacan”, 

Abdulla  Şaiqin  “Tülkü  həccə  gedir”və 

başqalarını  göstərmək  olar.  O,bir  neçə 

filmdə də yaddaqalan obrazlar yaratmış-

dır. “Dəli Kür” filmində Allahyar, “Qəm 

pəncərəsi” filmində Rəşid bəy, “O dün-

yadan salam” filmində Hacı Baxşəli və 

s. 


1944-1945-ci  illərdə  Məmməd 

Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk 

dəfə  olaraq  Gəncə  Dövlət  Filarmoni-

yasını  yaratmış  və    orada  direktor  və-

zifəsində  çalışmışdır.  O,  1955-ci  ildə 

“Respublikanın Əməkdar artisti”, 1958-

ci  ildə  isə  “Xalq  artisti”  fəxri  adlarına 

layiq görülmüşdür. 

Məmməd Bürcəliyev 1994-cü il no-

yabr ayının 25-də Gəncə şəhərində vəfat 

etmişdir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin