135
Milli Qəhrəmanlar
40
illiyi
İntiqam Atakişiyev
1974
APREL
İntiqam Vahid oğlu Atakişiyev
1974-cü il aprel ayının 7-də Qəbələ
rayonunun Tüntül kəndində doğul-
muşdur. 1991-ci ildə buradakı Tüntül
kənd orta məktəbini bitirmiş, 1992-ci
ildə Milli Ordu sıralarına çağırılmış-
dır. Yüksək əsgəri keyfiyyətini nəzərə
alıb Türkiyəyə hərbi zabitlər kursuna
göndərilmişdir.
İntiqam cəbhədə özünəməxsus ad
qoymuşdu. Ağdam, Tərtər və Qubadlı-
da ən qaynar döyüşlərə girərək erməni
faşistlərini məhv etmişdir. Murovdağ
döyüşlərindən birində yaralanması-
na baxmayaraq silahı yerə qoyma-
mış, Mingəçevirdə müalicə aldıqdan
sonra yenidən cəbhəyə dönmüşdü.
1995-ci il mart hadisələri zamanı si-
lahlı dəstənin zərərsizləşdirilməsində
şücaət göstərmişdir. O, “N” saylı hərbi
hissənin qrup komandiri, bölük ko-
mandirinin müavini, bölük komandi-
ri vəzifələrində çalışmışdır. Kapitan
rütbəsinə qədər yüksəlmiş, hərbi hissə
komandirinin maddi texniki təminat
üzrə müavini vəzifəsində çalışmışdır.
Hazırda polkovnik-leytenant rütbə-
sində Sərhəd Qoşunlarında çalışır.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Atakişiyev İntiqam Vahid
oğlu “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülmüşdür.
O, xeyirxah bir insan, vətəndaşlıq
mövqeyi ilə seçilən bir hərbçi kimi ta-
nınır.
Təhsil aldığı məktəbin önündə şə-
hidlərimizin xatirəsini əbədiləşdirmək
üçün abidə qoyulmasının təşəbbüskarı
olmuş, maddi və mənəvi köməyini
əsirgəməmişdir.
Dostları ilə paylaş: