Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə168/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   164   165   166   167   168   169   170   171   ...   507
Ə d ə b i y y a t

Asifqızı G. Gəncədə 

Məmməd Bürcəliyevin yu-

bileyi qeyd edilib [Mətn]   

/G. Asifqızı //Mədəniyyət.- 

2009.- 1 may.- S.5.

Bürcəliyeva, Ş. Qəlblərdə 

yaşayan sənətkar 

[Mətn] /Ş.Bürcəliyeva                  

//Mədəniyyət.- 2012.- 25 

aprel.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

25

Aktyor


134

APREL

13

Teatr.Kino

95 

illiyi

Əjdər İbrahimоv

1919-1993

APREL

Əjdər  Mütəllim  oğlu  İbrahimov 

1919-cu il aprel ayının 29-da Aşqabad-

da anadan olmuşdur. 

1940-cı  ildə Aşqabad Teatr Məktə-

bini, 1952-ci ildə Moskvada Ümumitti-

faq Dövlət Kinematoqrafiya İnstitutunun 

kinorejissorluq  fakültəsini  bitirmişdir. 

İkinci  Dünya  Müharibəsinin  iştirakçısı 

olmuşdur. 

1952-ci  ildə  gənc  rejissor  yenidən 

Aşqabada  -  “Türkmənfilm”ə  qayıtmış, 

“Füruzə”,  “Xəzərin  şərqində”  sənədli  

filmlərə quruluş vermişdir.

1954-cü  ildə  o,  Bakıya  gəlmiş, 

elə  həmin  il  Lətif  Səfərovun  quruluş 

verdiyi  “Mahnı  belə  yaranır”  və  To-

fiq  Tağızadənin  1955-ci  ildə  çəkdiyi 

“Görüş”  filmlərində  ikinci  rejissor 

işləmişdir.

Bakı  Kinostudiyasında  quruluşçu 

rejissor kimi ilk müstəqil işini 1957-ci 

ildə  reallaşdıra  bilmişdir.  “Mosfilm”lə 

bu  studiyanın  birgə  ekranlaşdırdığı 

“Bir məhəlləli iki oğlan” filminə quru-

luş vermək Əjdər İbrahimovla İ.Turinə 

həvalə  olunmuşdu.  Nazim  Hikmətlə 

Anna Begiçevanın birgə yazdığı ssenari 

əsasında çəkilmiş bu ekran əsərində Şərq 

ölkələrindən birində sülh və istiqlaliyyət 

uğrunda aparılan mübarizədən bəhs edi-

lir.


1958-ci  ildə  isə  Əjdər  İbrahimov 

sərbəst  şəkildə  öz  böyük  filmini  - 

“Onun  böyük  ürəyi”ni  yaratmışdır. 

Bu filmin ssenarisini yazıçı İmran Qa-

sımov  qələmə  almış,  rejissor  özü  də 

Rəsulov rolunda çəkilmişdir. Daha son-

ra  Əjdər İbrahimovun bədii rəhbərliyi 

ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız 

günündə”, Nəriman Nərimanovun həyat 

və  fəaliyyətini  əks  etdirən  “Ulduzlar 

sönmür”  tarixi  kino  əsəri  yaranmışdır. 

Ə.İbrahimov  sonralar  “Mosfilm”də 

rejissor kimi öz fəaliyyətini davam et-

dirmişdir.  Onun  “Ürək  əhvalatları”, 

“Məhəbbətim mənim, kədərim mənim” 

(“Azərbaycanfilm”lə birgə) filmləri re-

jissorun şöhrətini daha da artırmışdır. 

O,  bir  neçə  kitabın  da  müəllifidir. 

“Vyetnamda  gördüklərim”  (1964), 

“Günəş  ağlayır”,  (1971)  “Döyüşən 

Vyetnamın  kino  sənəti”  (1968),  “Tai 

qəbiləsindən  olan  qız”  (1970)  kitabla-

rı oxucuların dərin marağına səbəb ol-

muşdur. 


Onun  əməyi  yüksək  qiymətləndi-

rilmiş,  “SSRİ  Xalq  Artisti”,  1959-cu 

ildə “Türkmənistan Əməkdar İncəsənət 

xadimi”,  1966-cı  ildə  “Azərbaycan 

SSR-in  Xalq  artisti”,  1971-ci  ildə 

“Azərbaycanın  Əməkdar  incəsənət  xa-

dimi” fəxri adlarına layiq görülmüşdür.

SSRİ-nin  Qırmızı  Əmək  Bayra-

ğı, Xalqlar Dostluğu və “Şərəf nişanı” 

ordenləri,  eləcə  də  Vyetnam  Demok-

ratik  Respublikasının  Əmək  ordeni  ilə 

təltif edilmişdir.

Görkəmli kinorejissor, Azərbaycanın 

Xalq artisti Əjdər İbrahimov 1993-cü il 

sentyabr ayının 20-də vəfat etmiş, Bakı-

da Fəxri Xiyabanda dəfn olunmuşdur.

2005-ci  ildə  “Yaddaş”  Sənədli 

Filmlər  Studiyasında  rejissor  haqqın-

da  “Narahat  adam”  adlı  sənədli  film 

çəkilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin