149
Tarixdə bu gün
Azərbaycan Dövlət Neft
Akademiyasında terror
2009
APREL
2009-cu il aprel ayının 30-da
Azərbaycan Dövlət Neft Akademiya-
sına silahlı hücum baş vermişdir. Neft
Akademiyasının 2-ci tədris binasında
cəmiyyətin müxtəlif təbəqələrindən olan
şəxslər güllələnmişdi. Akademiyaya süd
məhsulları gətirən qadından tutmuş el-
min yüksək dərəcəsinə çatmış professo-
ra qədər... Ağıllarına belə gətirməzdilər
ki, onların alın yazıları məhz bu yerdə
qanla yazılmışdır.
Səhər saatlarında Dilarə Əliyeva
küçəsi 227 saylı ünvanda yerləşən
Qaz neft mədən və Neft mexanika-
sı fakültələrinin yerləşdiyi binada
baş vermiş gözlənilməz hadisə aka-
demiyada olanları təşvişə salmışdı.
Hadisədən xəbər tutan hər kəs audito-
riyaların qapılarını arxadan bağlayıb
qatilin əlindən canını qurtarmaq üçün
binanın pəncərələrindən boylanaraq
qışqırıb kömək istəyirdi. Təhsil ocağı-
nın giriş pilləkənindən tutmuş yuxarı
mərtəbələrinədək hər yer qan içində idi.
Dəhlizdə yaralılar və cansız bədənlər
var idi.
Silahlı terrorçunun atdığı güllələr
müəllim və tələbələrinin əsasən baş və
boyun nahiyəsindən dəymişdi. Gülləyə
tuş gələnlərin içərisində akademiyanın
professoru, laborantları, tələbələri, do-
senti, müəllimləri var idi.
Aşağı mərtəbələrdə olan yaralılar bi-
nadan çıxarılan zaman məlum olmuşdu
ki, ələ keçəcəyini görən terrorçu 6-cı
mərtəbədə baş nahiyəsindən bir dəfə
atəş açmaqla özü-özünü öldürmüşdür.
Gicgah nahiyəsindən aldığı güllə yara-
sından yerindəcə keçinən şəxsin 1980-
ci il təvəllüdlü Gürcüstan vətəndaşı
Qədirov Fərda Əsəd oğlu olduğu
müəyyənləşmişdi. Fərda Qədirovun
üzərindən isə “Makarov” tipli tapan-
ça, habelə hər biri 40 güllə tutumlu və
içərisində 71 güllə olan xüsusi üsulla
hazırlanmış 3 ədəd patrondaş, 2 tapança
sandıqçası aşkar edilərək götürülmüşdü.
Təhlükə tam olaraq sovuşandan son-
ra isə akademiyanın auditoriyalarında
gizlənmiş tələbə və müəllim heyəti bi-
nadan evakuasiya olunmuşdu.
Hadisə nəticəsində 25 nəfər zərər
çəkmiş, onlardan 13 nəfərin həyatını xi-
las etmək mümkün olsa da, 12-si dünya-
sını dəyişmişdir.
Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyev 1 may 2009-cu
il tarixində Dövlət Neft Akademiyasında
aprelin 30-da baş vermiş faciəli hadisə
nəticəsində həlak olanların ailələrinə və
ağır xəsarət alanlara maddi yardım ayrıl-
ması haqqında Sərəncam imzalamışdır.
Dostları ilə paylaş: