171
Teatr.Kino
Rza Əfqanlı
1899-1973
MA
Y
Rza Rüstəm oğlu Əfqanlı (Cəfər-
zadə) 1899-cu il may ayının 15-də İran
Azərbaycanının Sərab şəhərində doğul-
muşdur. 1912-ci ilin yazında Bakıya
gəlmiş, 1916-cı ildə Pyatiqorska gedərək
orada çəkməçi şagirdi işləmişdir. İki il
sonra rus ordusunda könüllü xidmət et-
mişdir. 1920-ci ildə Bakıya dönən Rza
Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki
dram dərnəyində aktyorluq etmiş və
tezliklə Akademik Teatrın aktyoru Xəlil
Hüseynovun təşəbbüsü ilə Mərkəzi
Dövlət Səyyar Teatrında işləməyə baş-
lamışdır.
1923-cü ildə Milli Dram Teatrının
truppasına işə götürülmüş və paralel ola-
raq 1926-cı ildə Bakı Teatr Məktəbini
bitirmişdir.
1929-cu ildə görkəmli rejissor və akt-
yor İbrahim İsfahanlının dəvəti ilə Tiflis
Azərbaycan Dövlət Teatrında işləməyə
getmişdir.
1933-1934-cü il teatr mövsümündə
Türkmənistan Respublikasının paytaxtı
Aşqabaddakı “Az Millətlər Teatrı”nda
(“Natsmen” Teatrı) baş rejissor olmuş-
dur.
1935-ci ilin əvvəllərində yenə Milli
Dram Teatrının kollektivinə qayıtmışdır.
Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim
bəy Haqverdiyevin “Ağa Məhəmməd
şah Qacar” (Tavad Orbeliani), “Köhnə
dudman” (Bədəl), “Baba yurdunda”
(İsgəndərzadə), “Pəri cadu” (Qurban),
“Dağılan tifaq” (Nəcəf bəy), Cəfər Cab-
barlının “Od gəlini” (Rəbi, Aqşin və El-
xan), “Oqtay Eloğlu” (Oqtay), “Sevil”
(Balaş və Əbdüləli bəy), “1905-ci ildə”
(General-qubernator), “Aydın” (Dövlət
bəy), Vilyam Şekspirin “Otello” (Yaqo),
“Hamlet” (Horatsio), “Kral Lir” (Ed-
mund), Hüseyn Cavidin “Knyaz” (An-
ton), “Şeyx Sənan” (Platon və Şeyx
Sənan), Aleksandr Şirvanzadənin “Na-
mus” (Seyran), və s. tamaşalarında rollar
oynamışdır.
Rza Əfqanlının yaradıcılığında
kino rolları ayrıca bir mərhələdir. Kino
fəaliyyətinə 30-cu illərdə başlayan akt-
yorun “Bakılılar“ filmindəki Cəfər obra-
zı uğurlu debüt idi və bu filmin ardınca
o, “Kəndlilər“, “Yeni horizont”, “Qanun
naminə”, “O olmasın, bu olsun”, “Dağ-
larda döyüş” və s. ekran əsərlərində ma-
raqlı obrazlar yaratmışdır.
O, 1963-cü ildə teatrdan haqsız ola-
raq uzaqlaşdırılmış, uzun illər işsiz qal-
mış (arada ancaq bir neçə filmə çəkilib),
bir müddət Sumqayıt Dövlət Dram Teat-
rında aktyorluq etmişdir.
Aktyor 1938-ci il dekabr ayının 4-də
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 1943-cü il iyul ayının 17-də
“Xalq artisti” fəxri adları ilə təltif edil-
mişdir. 1948-ci ildə “Şərqin səhəri”
(Ənvər Məmmədxanlı) tamaşasındakı
Fərhad roluna görə Stalin mükafatına la-
yiq görülmüşdür.
Rza Əfqanlı 1973-cü il noyabr ayının
9-da Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: