176
Mədəniyyət.Elm.Maarif
130
illiyi
Qafur Rəşad
1884-1943
MA
Y
Qafur Ələkbər oğlu Mirzəzadə (Qa-
fur Rəşad) 1884-cü il may ayının 6-da
İsmayıllı rayonunda anadan olmuşdur.
Müəllim işləmişdir.
Milli məktəb tələbələri üçün
dərsliklərin yazılması sahəsində Qa-
fur Rəşadın xidmətləri böyükdür. İlk
coğrafiya dərsliklərinin yaradıcısı
olan Qafur Rəşad 1910-cu ildə “Qaf-
qaz coğrafiyası”, 1922-ci ildə “İbtidai
coğrafiya”, 1923-cü ildə “Ümumi coğ-
rafiya”, “Coğrafiya terminləri lüğəti”,
1941-ci ildə “SSRİ-nin iqtisadi coğra-
fiyası”, 1943-cü ildə “Xəritə üzərində
əməli iş” və s. adlar altında 18 dərslik
və vəsait yazıb nəşr etdirmişdir.
1910-cu ildə “Rəhbəri-sərf” (Məm-
mədsadıq Axundovla birgə), “Rəhbəri-
hesab” (Əbdürrəhman Əfəndizadə ilə
birgə) dərslikləri uzun illər məktəblərdə
tədris olunmuşdur. Bununla yanaşı,
milli uşaq ədəbiyyatının inkişafında da
Qafur Rəşadın xidmətləri böyükdür.
O, 1911-1920-ci illərdə Azərbaycan-
da “Məktəb” adlı sayca ikinci uşaq jur-
nalının və uşaqlara məxsus ədəbiyyat
nəşr edən eyniadlı birinci mətbəənin
təsisçisidir
(Əbdürrəhman
Tofiq
Əfəndizadə ilə birgə). Cümhuriyyət
dövründə nəşr olunmuş “Məktəb”
jurnalı uşaqların milli müstəqillik
və dövlətçilik ruhunda tərbiyəsində
müsbət rol oynamışdır. O, pedaqoq-
yazıçıları jurnalın ətrafına toplamış,
orijinal şeir və hekayələrdən, müxtəlif
dillərdən edilən tərcümələrdən, elmi-
kütləvi məqalələrdən ibarət zəngin
uşaq ədəbiyyatı xəzinəsi yaratmış,
yeni yazıçı nəslinin yetişməsi işində
böyük xidmət göstərmiş, eyni zaman-
da nasir və jurnalist kimi də fəaliyyət
göstərmişdir.
Qafur Rəşad 1943-cü il noyabr ayı-
nın 26-da vəfat etmişdir.
Dostları ilə paylaş: