177
MA
Y
31
Kimya.Biologiya.Tibb
65
illiyi
75
illiyi
Tahirə Haqverdiyeva
1949
Mayis Qasımov
1939
MA
Y
Mayis Ələkbər oğlu Qasımov
1939-cu il may ayının 6-da Naxçıvan
şəhərində anadan olmuşdur. 1967-ci
ildə Azərbaycan Dövlət Universitetini
(indiki BDU) bitirmişdir. 1981-1999-
cu illərdə Azərbaycan Milli EA Xüsusi
konstruktor bürosında laboratoriya mü-
diri işləmişdir. 1999-cu ildən biologiya
elmləri doktoru, Azərbaycan Milli EA
Botanika İnstitutunda aparıcı elmi işçi-
dir. Tədqiqatları, əsasən, Azərbaycanın
boyaq, ədviyyat, aşı və qida bitkilərinin
öyrənilməsinə həsr edilmişdir. 1987-
ci ildə “Azərbaycanın boyaq bitkiləri,
1992-ci ildə “Azərbaycanın ədviyyat
bitkiləri” kitablarının, 100-dən çox
elmi məqalənin, 15-dən artıq ixtira
və patentin müəllifidir. Beynəlxalq
konqres və simpoziumlarda məruzələr
etmişdir. Elmi və praktiki işlərin
nəticələrinə görə 1974-cü ildə Lenin
komsomolu mükafatına, 1987-ci ildə
Moskva şəhərində keçmiş SSRİ Xalq
Təsərrüfatı Nailiyyətləri Sərgisinin
2 qızıl medalına layiq görülmüşdür.
2005-ci ildə AMEA Botanika İnstitutu-
nun 60 illik yubileyi ilə əlaqədar olaraq
Fəxri fərmanla təltif edilmişdir.
Tahirə Həbib qızı Haqverdiye-
va, 1949-cu il may ayının 2-də Bakı
şəhərində anadan olmuşdur. 1966-cı
ildə A.S.Puşkin adına 23 saylı məktəbi
qızıl medalla bitirmişdir. Həmin il
N.Nərimanov
adına Azərbaycan
Dövlət Tibb Universitetinin müalicə-
profilaktika fakültəsinə qəbul olunmuş-
dur. 1972-ci ildə həmin institutu əla
qiymətlərlə bitirmişdir. Tələbə ikən
institutun Gənc Alimlər Cəmiyyətinin
fəal üzvü olmuş, dəfələrlə rəhbərlik
tərəfindən mükafatlandırılmışdır.
1972-ci ildən indiyə qədər
M.Topçubaşov adına Respublika Elmi
Cərrahlıq mərkəzində əvvəl aspirant,
sonra kiçik elmi işçi, böyük elmi işçi
vəzifəsində çalışmışdır. 1976-cı ildə
Moskva şəhərində müvəffəqiyyətlə
namizədlik, “Aşağı ətrafların obliterə-
edici xəstəlikləri zamanı periferik qan
dövranının xüsusiyyətləri” adlı dok-
torluq dissertasiyası müdafiə etmişdir.
Müxtəlif dövrlərdə institutun Gənc
Alimlər Cəmiyyətinin sədri və elmi ka-
tibi olmuşdur. Hal-hazırda funksional-
diaqnostika laboratoriyasının rəhbəri
vəzifəsində işləyir.
T.H.Haqverdiyeva 80-dən çox elmi
əsərin, o cümlədən metodik tövsiyələrin
və bir monoqrafiyanın müəllifidir.
Onun elmi axtarışları onkologiyanın ən
aktual problemlərinə həsr olunmuşdur.
6 səmərələşdirici təklifin müəllifidir.
Dəfələrlə yaxın xaricdə və Türkiyədə
keçirilən beynəlxalq konfrans və sim-
poziumlarda məruzə ilə çıxış etmişdir.
Respublika Patofizioloqlar Elmi
Cəmiyyətinin üzvüdür.
Dostları ilə paylaş: