185
Tarixdə bu gün
Respublika Günü
1918
MA
Y
1918-ci il may ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində
ilk dünyəvi demokratik dövlət yaradılmışdı. Bu res-
publika millətimizin tarixi yaddaşında Azərbaycan
dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası
qoyulan Demokratik Cümhuriyyət Türk və İslam
dünyasında ilk Parlamentli Respublika və ilk de-
mokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
1918-ci il may ayının 28-də Azərbaycan milli
Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın
şimal torpaqlarında Azərbaycan Demokratik
Cümhuriyyəti yarandığını elan etmişdi. Bu ta-
rixi sənədə görə Azərbaycan qonşu xalqlar
və dövlətlərlə dostluq münasibəti quracaqdı.
Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq
cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti
millət, məzhəb, sinif və cins fərqi görməmiş və bü-
tün vətəndaşların siyasi hüquqlarını təmin etmiş-
di.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı
isə Fətəli Xan Xoyski seçilmişdi. 10 gün Milli Şura
Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülmüş,
yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusu-
nun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən
təmizləndikdən sonra milli hökumət Gəncədən
Bakıya köçmüşdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa öm-
rundə böyük nailiyyətlər və qalibiyy
ətlər əldə et-
mişdir. 96 il bundan əvvəl ilk dəfə qadınlara se-
çim hüququ tanıyan və qadın-kişi bərabərliyini
təmin edən Müstəqil Azərbaycan Cümhuriyyəti,
o cümlədən milli ordu, milli pul, demokratlaşma,
milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və
beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan is-
tiqlalının tanınması, Azərbaycanın bütövlüyünü
təmin etmək, iqtisadi islahatları həyata keçirmiş-
dir.
Azərbaycan Demokratik Respublikasını rəsmi
surətdə 1918-ci il iyun ayının 4-də tanıyan ilk
dövlət Osmanlı dövləti olmuşdur.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin
təklifi əsasında Azərbaycan Demokratik Respubli-
kasının üç rəngli bayrağı qəbul edilmişdir. O za-
mana qədər Azərbaycan Demokratik Respublika-
sının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin
və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay
fəaliyyət göstərə bilmişdi. Təəssüflər olsun ki,
Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına
çatmadan bolşeviklərin hücumuna məruz qalmış,
müvəqqəti olaraq devrilmişdi. Sovetlər Birliyi
Azərbaycanı məcburi surətdə öz tərkibinə da-
xil etmişdi. Bolşeviklər tərifindən devrilməsinə
baxmayaraq, istiqlal ideyası yenilməmiş və
M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN
BAYRAQ, BİR DAHA ENMƏZ” şüarı öz əksini
tapmış və nəhayət, 1991-ci ildə Sovet İmperi-
yasının dağılması ilə Azərbaycan yenidən öz
müstəqilliyini elan etmişdir.
1990-cı ildən Respublika günü – dövlət
müstəqilliyinin bərpa edilməsi günü dövlət bayra-
mı kimi qeyd edilir.
Dostları ilə paylaş: