Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə228/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   224   225   226   227   228   229   230   231   ...   507
Ə d ə b i y y a t

Heydər Əliyev Fondu 

[Mətn].- Bakı, 2009.- 225 s.

Heydər Əliyev Fondu - 5 

il [Mətn]:Biblioqrafik 

göstərici/tərt.M.Vəliyeva, 

M.İbrahimova; M.F. Axun-

dov adına Milli Kitabxana.-

Bakı,2009.-233 s.

Abdullayeva, L. Azərbaycan 

mədəniyyətinin təntənəsi 

Heydər Əliyev Fondu 

ümummilli liderin ideyala-

rını uğurla həyata keçirir 

[Mətn] /L. Abdullayeva        

//Azərbaycan.- 2012.- 27 

sentyabr.- S.4.

Ələddinqızı, N. Heydər 

Əliyev Fondu Azərbaycanın 

tərəqqi və inkişafına 

töhfələrini verir [Mətn] 

/N.Ələddinqızı //Səs.- 2011.- 

17 avqust.- S.3.

İsmayılqızı, X. Heydər 

Əliyev Fondunun 

təşəbbüsləri milli 

ruha əsaslanır [Mətn] 

/X.İsmayılqızı //İki sahil.- 

2012.- 1 avqust.- S. 18.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.heydar-aliyev-

foundation.org

www.mehriban-aliyeva.org

10

10 

illiyi


184

Tarixdə bu gün

Laçın rayonunun işğalı günü

1992

MA

Y

Ərazisi:  1835 

km² 

Əhalisi: 72 228 

İşğal tarixi: 17.05.1992 

Bu gün  Azərbaycanın strateji cəhət-

dən mühüm əhəmiyyət kəsb edən La-

çın rayonunun işğalından 21 il keçir. 

1992-ci  il  may  ayının  17-18-də 

erməni  işğalçıları  rayonun  yüzlərlə 

mədəni-məişət  obyektini,  onlarla 

qəsəbə, kənd və tarixi abidələrini dağı-

daraq talan etmişdir. İşğal nəticəsində 

63 min 341 Azərbaycan vətəndaşı öz 

yurdundan  didərgin  düşmüş,  300-dən 

artıq hərbi və mülki şəxs həlak olmuş 

və  itkin  düşmüşdür.  Rayonda  8950 

bina,  o  cümlədən  7  sənaye  və  tikinti 

müəssisəsi,  471  xidmət  idarəsi,  154 

məktəb,  yüzlərlə  tarix-mədəniyyət 

abidəsi işğal altında qalmışdır.

Şuşa  şəhərinin  Turşsu  deyilən 

ərazisindən  və  Ermənistan  istiqamə-

tindən  hücuma  keçən  düşmən  ma-

yın  18-də  Laçını  işğal  etmişdir. 

Əhəmiyyətli geostrateji mövqeyə ma-

lik olan Laçının işğalı Azərbaycan iq-

tisadiyyatına ciddi ziyan vurmuşdur. 

Təbii  sərvətlərlə  zəngin  olan  La-

çın  rayonunda  Turşsu,  Qaladərəsi, 

Ağanus,  Xırmanlar, Tiqiq, Turş-tiqiq, 

Nurəddin,  Nağdalı,  Hacıxanlı  kimi 

müalicəvi  əhəmiyyətli  bulaqlar  möv-

cud olmuşdur.

Ekologiya  və  Təbii  Sərvətlər  Na-

zirliyinin  rayonun  işğalı  ilə  bağlı 

yaydığı  məlumatda  bildirilmişdir  ki, 

Laçın  rayonu  ərazisində  ümumi  ehti-

yatları 1124 ton olan 3 civə (Narzanlı, 

Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 

min ton olan və əhəng istehsalına ya-

rarlı Laçın əhəngdaşı, ehtiyatları 2533 

min  kubmetr  olan  və  istismara  cəlb 

edilən  üzlük  daşı  istehsalına  yararlı 

Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar 

daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, 

Əhmədli), 2 əlvan bəzək daşı, vulkan 

külü və digər təbii sərvətləri var.

Laçın rayonundakı Qaragöl Dövlət 

Təbiət  Qoruğu  və  Dövlət  Təbiət  Ya-

saqlığı da hal-hazırda işğal altındadır. 

Ümumi sahəsi 240 hektar olan qoruq-

da 68 növdən və 27 ailədən ibarət bitki 

örtüyü  var.  1961-ci  ilin  noyabr  ayın-

da  heyvan  və  quşları  qoruyub  saxla-

maq və  artırmaq məqsədilə yaradılan 

Dövlət Təbiət Yasaqlığının ərazisində 

cüyür, qaya keçisi, çöl donuzu, ayı, tu-

rac, kəklik, qaratoyuq kimi nadir fauna 

növləri məskunlaşmışdır. 1989-cu ildə 

yasaqlıqda  aparılan  yoxlama  zamanı 

dağ-keçisi  (bezoar  keçisi)  96,  qaban 

360, cüyür 320, ayı 110 baş, eləcə də 

çoxlu sayda canavar, porsuq, dələ, qır-

qovul, kəklik qeydə alınmışdır.

  İşğalçı  dövlət  beynəlxalq  hüquq 

normalarına,  zəbt  olunan Azərbaycan 

torpaqlarından  Ermənistan  qoşunla-

rının  qeyd-şərtsiz  çıxarılmasına  dair 

BMT-nin  qətnamələrinə  məhəl  qoy-

mayaraq  hazırda  Laçında  qanunsuz 

məskunlaşma aparır. 

Bu gün hər bir azərbaycanlı Qara-

bağın işğal altından qurtulacağı günü 

gözləyir.

Qarabağa böyük qayıdışın olacağı-

na hamımız inanırıq.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin